NAMAZ VAXTLARI:
  • FƏCR 06:06
  • GÜN 07:30
  • ZÖHR 12:26
  • ŞAM 17:39
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Azərbaycan məmuru 150 min dollarlıq maşında + mühafizə dəstəsi və siciliyalı maneraları - Video

Oxundu: 3304
Azərbaycan məmuru 150 min dollarlıq maşında + mühafizə dəstəsi və siciliyalı maneraları - Video

Maliyyə Bazarlarına Nəzarət Palatanın başçısı Rüfət Aslanlını Allahlıq iddiası həddində olan ambisiyaları məhv etdi. Bunu daha əvvəl virtualaz.org-a açıqlamasında həmin strukturun işinin bütün incəliklərinə dərindən bələd olan maliyyə sahəsi üzrə ekspert Əkrəm Həsənov etiraf etmişdi.

 

Bir ara Rüfət Aslanlının Allahlıq iddiası və korrupsiyaçılığı ilə bağlı söz-söhbətlər dillər əzbəri olmuşdu. Əhəmiyyətli olsa da, çox da böyük olmayan, xüsusən də aparıcı dövlət qurumu hesab olunmayan idarənin rəhbəri öz davranışında oliqarxlara və ya mafiozlara məxsus sərbəstliklərə yol verirdi.

 

İslaminSesi  Virtualaz.org-a istinadən  bu faktı növbəti dəfə sübut edən unikal videokadrları təqdim edir.  

 

Videodan görünür ki, Rüfət Aslanlı öz 10 SN 003 nömrəli göy idman “Porsche”sində idarənin həyətinə necə girir. Avtomobilin dəyəri 150 min dollara yaxındır. Özü də bu vaxt onu, xüsusi əhəmiyyətli adam kimi, hökumət nömrəli “Range Rover” müşayiət edir. Rüfət Aslanlı öz “sportkar”ından çıxır və dərhal polis ona, sanki generalı qarşılayırmış kimi, hərbi salam verir.

 

Müşayiət maşınından bir nəfər düşür, Rüfət Aslanlıdan “sportkar”ın açarını götürür və bundan sonra məmur binaya daxil olur. Müşahidə kamerasının kadrları Siciliya mafiyasının bossları haqda hansısa hollivud blokbasterinin süjetini xatırladır. Ancaq söhbət nə mafiya başçısından və ya narkobarondan, nə nazirdən, baş nazirdən, nə də oliqarxlardan gedir. Kadrlardakı “orta əlin” sadə, amma maniakal Allahlıq iddiası olan Azərbaycan məmurudur.

 

“Sportkar”lar, müşayiət maşınları, şəxsi gerb və öz adına şərab... Həqiqətən də, burada ölkənin maliyyə problemlərinə vaxtı hardan tapasan, bir halda ki, öz maliyyənlə hər şey qaydasındadır?

 

Xatırlatmağa dəyər ki, Azərbaycan Prezidenti İlham Əliyev məmurları və onların qohumlarını dəfələrlə təvazökarlığa və xalqa xidmətə çağırıb...

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system