Azərbaycan məktəblərindəki şagird sayı açıqlandı
Oxundu: 238
16:32, 09.09.2019
2019-2020-ci tədris ilində 1 525 016 şagirdin təhsil alacağı proqnozlaşdırılır
2019-2020-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 525 016 şagird təhsil alacaq.
Şagirdlərdən 714 259-u qız, 810 757-si isə oğlandır. Ümumtəhsil məktəblərinin I sinfində 164 234, IX sinfində 122 043, XI sinfində isə 82 782 şagirdin təhsil alacağı proqnozlaşdırılır.
İslaminSesi xəbər verir ki, bu barədə Modern.az-a Təhsil Nazirliyindən məlumat verilib.
Rəsmi məlumata görə, hazırda respublikada 322 ibtidai məktəb, 3 307 tam orta məktəb, 795 ümumi orta məktəb, 16 xüsusi tipli ümumi orta məktəb və 7 əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən 59 məktəb-lisey, 49 lisey, 15 gimnaziya və 14 inteqrasiya təlimli internat tipli gimnaziya olmaqla, ümumilikdə 4 447 məktəb fəaliyyət göstərir.
Yeni tədris ilinin əvvəlində Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılmış 43 məktəb binası şagirdlərin istifadəsinə veriləcək. Onlardan 20-si yeni tikilən, 8-i əsaslı təmir olunan, 15-i isə modul tipli məktəbdir. 2019-cu ildə ümumilikdə respublika üzrə 25 yeni məktəb binasının tikintisi, 9 məktəbin əsaslı, 253 məktəbin cari təmiri, 24 rayonda isə 3520 şagird yerlik 50 modul tipli məktəbin istifadəyə verilməsi nəzərdə tutulur.
2019-2020-ci tədris ilinə dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5668865 nüsxə dərslik və metodik vəsait çap edilib.
2019-2020-ci tədris ilində 108074 uşağın ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alacağı proqnozlaşdırılır. Dövlət ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qrupları üçün 3 adda 168148 dərslik və metodik vəsait çap edilib.
DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ
BÜTÜN XƏBƏRLƏR-
"Bloger" Azərbaycana deportasiya olundu - RƏSMİ 21:59, 14.12.2019
-
MSK: 125 deputat yerinə 268 şəxs namizədliyini irəli sürüb 20:46, 14.12.2019
-
İranda üç ay ərzində dəm qazından 106 nəfər ölüb 20:41, 14.12.2019
-
"3-cü mikrorayon bazarı" adlanan ərazidə yanğın baş verib - Video 19:56, 14.12.2019
-
Kirayə evlərlə bağlı ən çox verilən suallara cavab - Video 12:20, 14.12.2019
-
Polis 31 şübhəlini SAXLADI 11:21, 14.12.2019
-
Paytaxtda avtobus QƏZASI: yaralananlar var 11:11, 14.12.2019
-
Bu mallar gömrük rüsumundan azad edildi — Baş Nazirdən QƏRAR 10:59, 14.12.2019
ŞƏRH YAZIN