NAMAZ VAXTLARI:
  • FƏCR 04:34
  • GÜN 06:00
  • ZÖHR 12:43
  • ŞAM 19:42
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Azərbaycan iyulda hər gün 778 min barrel neft hasil edib

Oxundu: 42
Azərbaycan iyulda hər gün 778 min barrel neft hasil edib

İslaminSesi xəbər verir ki, Respublikada iyul ayı üzrə gündəlik neft hasilatı 778 min barrel olub. Energetika Nazirliyindən Modern.az-a bildirlib ki, bunun 704 min barrelini xam neft, 74 min barrelini kondensat təşkil edib. Gündəlik 500 min barrel xam neft, 70 min barrel kondensat, 29 min barrel isə neft məhsulları ixrac edilib.

 

Qeyd edək ki, cari ilin yanvar - iyul aylarında orta gündəlik neft hasilatı 771,7 min barrel təşkil edib.


Energetika Nazirliyi iyul ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.


Xatırladaq ki, 2018-ci ilin dekabrın 7-də “OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin müddəti bu ilin 1 iyul tarixindən 2020-ci ilin I rübünün sonunadək uzadılıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İQTİSADİYYAT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system