NAMAZ VAXTLARI:
  • FƏCR 05:01
  • GÜN 06:23
  • ZÖHR 12:35
  • ŞAM 19:04
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Azərbaycan İslam Partiyası xalqımızı təbrik etdi

Oxundu: 325
Azərbaycan İslam Partiyası xalqımızı təbrik etdi

AİP İslam dininin tarixində unudulmaz gün sayılan Qədir-Xum bayramı münasibətilə Azərbaycan xalqını, dünyanın bütün Əhli-beyt(ə) sevərlərini başda İmam Zaman (ə.f) olmaqla təbrik etdi.

 Qurumun Mətbuat Xidmətindən İslaminSesi saytına daxil olan təbrikdə deyilir:

 

“Əziz həmvətənlərimiz, qardaş və bacılar, İslam dünyasının Əhli-beyt aşiqləri! Sizləri İslam dininin tarixində unudulmaz gün sayılan və hər il dünyanın hər yerində qeyd olunan Qədir-Xum bayramı münasibətilə başda İmam Zaman (ə.f) olmaqla səmimi qəlbdən təbrik edirirk. Allahın əmri və  əziz Peyğəmbərimizə nazil etdiyi vəhy ilə sönməz Vilayət və İmamət günəşinin doğum günü kimi qeyd olinan Qədir-Xum bayramı bütün müsəlmanlar üçün olduqca dəyərlidir. Bu gün müqəddəs İslam dininin bütövlüyünü, tamlığını və qiyamətə qədər bəşəriyyəti düzgün istiqamətə yönləndirməyi şərtləndirən və fəlsəfi məzmununda İslam dininin özü qədər dəyərli əlamətlərini daşıyan bir bayram, həqiqətən unudulmaz bir gündür. Məhz bu fəlsəfi əhəmiyyətinə görədir ki, dünyanın həqiqi müsəlmanları hər il Zilhiccə ayının 18-də dünyanın hər yerində bu günü əziz bayram kimi geniş qeyd edirlər.

 

Mahiyyət etibarı ilə Qədir-Xum günü Allahın əziz Peyğəmbərimizə (s) nazil etdiyi vəhylə  sübut olunur  ki, bu gün dinin kamilləşdiyi, nemətlərin tamamlandığı, Həzrət Əlinin (ə) Allahın vəlisi, Peyğəmbərin davamçısı-vəsisi  və xilafətin rəhbəri olduğu gündür. Bu gün həm də kafir və münafiqlərin ümidlərini puç edən, müşrik dəstələrin  mənəvi tənəzzülünü göstərən bir gündür. Onlar nə qədər kəc və zalım olsalar da  bu günü inkar edənlər, fitnəkarlar Allahın göndərdiyi və qoruduğu neməti sonadək aradan apara bilməyəcəklər. 

 

Əziz qardaş və bacılar, sizləri bir daha müqəddəs və unudulmaz Qədir-Xum bayramı münasibətilə təbrik edir, Quranı, Əhli-beyti(ə) sizlər üçün ən dəyərli nemət qərar verən Allahdan hamınıza  can sağlığı, bu nemətlərdən heç birinizi uzaq salmamağı diləyirik. Bayramınız mübarək olsun!”

 

Hacı İlham Əliyev -  Azərbaycan İslam Partiyasının sədr əvəzi

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system