NAMAZ VAXTLARI:
  • FƏCR 06:25
  • GÜN 07:52
  • ZÖHR 12:33
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Azərbaycan İslam Partiyası xalqımızı Novruz bayramı münasibətilə təbrik etdi

Oxundu: 1180
Azərbaycan İslam Partiyası xalqımızı Novruz bayramı münasibətilə təbrik etdi

Azərbaycan İslam Partiyası qarşıdan gələn novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib. Bu barədə “İslaminSesi” qurumun mətbuat xidmətindən daxil olan təbrik müraciətində deyilir.

 “Əziz həmvətənlərimiz, mehriban Azərbaycan xalqı, sizi əlamətdar gün-Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edirik. Allahdan can sağlığı, evlərinizə halal ruzi-bərəkət, ailələrinizə izzət və səadət, vətənimizə tərəqqi diləyirik.

 

Novruz bayramı eimi-fəlsəfi mahiyyət daşımaqla xalqımızın ən qədim el adətlərindən biridir. Mahiyyətində daxili mənəvi zənginlik daşımaqla bu bayram eyni zamanda xalqı bərabərliyə, birliyə,  həmahəngliyə, paklığa və təmizliyə çağırır. Gecə ilə gündüzün bu bayram günü bərabərləşməsi, yatmış təbiətin oyanışı Allahın hikmət dolu möcuzəsinin təzahürüdür. Kainatın nizamında cəmiyyətin düşüncəsini onun inkişafına səy etməyə yönəltmək, ona mənəvi stimul vermək Yaradanın böyük hikməti olduğunu Novruzun qarşılanmasında da görürük. Əkinçilər, zəhmət adamları ilin bu çağında əkin materiallarını, əmək alətlərini tam hazır vəziyyətə gətirməklə təbiətin oyanışını gözləyirlər. Novruz bayramı bu baxımdan insanlara yüksək ruh yüksəkliyi verir, torpağı sevmək duyğularını qat-qat gücləndirir.

 

Novruz bayramı paklıq, təmizlik rəmzi olmaqla müqəddəs dinimiz tərəfindən də bəyənilən bayramlardandır. Bu bayramda cəmiyyətdə qarşılıqlı hörmət ruhiyyəsi güclənir, yaxınlar, qohumlar, dost-tanışlar biri-birilərin təbrik edir, arzu və diləklərini bildirirlər. Belə ki, Novruz insanlara mənəvi saflığı, müsəlmanlar arasında səmimiyyəti, ilahi sevgi və hörməti aşılayır, haramçılığı və israfçılığı rədd edir. Təsadüfi deyil ki, sadə insanlar, Azərbaycan xalqının əksər hissəsi evlərində Novruz süfrəsinə qazandıqları, becərib, yetişdirib ərsəyə gətirdikləri halal nemətləri düzür, istifadə edir.

 

Bu əziz bayram münasibətilə sizləri bir daha təbrik edir, Allahdan süfrələrinizə, evlərinizə bol ruzi-bərəkət diləyir, hər bir azərbaycanlı ailəsinə səadət, hər kəsə can sağlığı, xoşbəxtlik arzilayırıq.

Novruz bayramınız mübarək olsun!”

 

 Hacı İlham Əliyev,

Azərbaycan İslam Partiyasının sədr əvəzi

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system