Azərbaycan İslam Partiyası başsağlığı verdi
Oxundu: 848
22:37, 22.09.2018
İranın Əhvaz şəhərində törədilən terror hadisəsi nəticəsində həyatını itirmiş hərbçilərlə bağlı Azərbaycan İslam Partiyası İran İslam Respublikasının Ali Rəhbəri, Vəliyi-fəqih, Ayətullahul-uzma Seyyid Əli Xameneyi Cənablarına başsağlığı verib
Qurumun Mətbuat Xidmətindən "İslaminSesi"nə daxil olan başsağlığı müraciətində deyilir:
“ Dünya müsəlmanlarının əziz rəhbəri, Vəliyi-fəqih, Ayətullahul – uzma Seyyid Əli Xamenei! İranın cənub-şərq vilayətinin Əhvaz şəhərində hərbi parad zamanı törədilən terror nəticəsində çoxsaylı hərbçilərin həyatını itirməsi ilə əlaqədar olaraq şəxsən Sizə, şəhid olan insanların ailələrinə, bütün İran xalqına dərin hüznlə başsağlığı veririk. Terror aktı zamanı yaralananlara Allahdan şəfa diləyirik.
Azərbaycan İslamçıları olaraq bu ağır gündə İran xalqının dərdinə şərik olur, terrordan zərər çəkmiş ölkənizin bütün vətəndaşlarının ailələrinə mənəvi dəstək verməyi borcumuz hesab edirik.İnanırıq ki, düşmən qüvvələr bu, qeyri-insani, anti-bəşəri əməlləri ilə heç nəyə nail ola bilməzlər. Hesab edirik ki, İranın şəhidpərvər xalqının iradəsini belə sınaqlar sındıra bilməz, əksinə, onu daha da mətinləşdirər və İranın düşmənlərinə qarşı mübarizədə qüvvələrini birləşdirər. Haqq işinizin qələbə çalmasında, cinayətkarların və onların himayədarlarının tezlikllə məhv edilməsində Allah yardımçınız olsun.
Bir daha Sizə, həyatını itirənlərin ailələrinə Allahdan səbr diləyirik. Allah- təala şəhidləri rəhmət eləsin!
Hacı İlham Əliyev, Azərbaycan İslam Partiyasının sədr əvəzi
DİGƏR SİYASƏT XƏBƏRLƏRİ
BÜTÜN XƏBƏRLƏR-
Nikol Paşinyan həmsədrlərlə Qarabağ münaqişəsini müzakirə edib 21:01, 20.02.2019
-
Azərbaycanın hərbi nümayəndə heyəti İranda ordu akademiyasına baş çəkib 16:29, 20.02.2019
-
Sionizmin Yaxın Şərq projesi – İran-Türkiyə birliyi məkrli planı poza bilər 14:39, 20.02.2019
-
Maduro Quaydonu Venesuelada seçki elan etməyə çağırdı 10:11, 20.02.2019
-
Varşava Konfransının məqsədi Yaxın Şərqi yenidən bölməkdir – Zaxarova 11:18, 19.02.2019
-
Məmmədyarovla Mnatsakanyanın görüşməmə səbəbi açıqlandı 21:56, 18.02.2019
-
Səudiyyə Ərəbistanı və BƏƏ Yəmən camaatını Britaniya silahıyla qırıb - Britaniyalı deputat 14:44, 18.02.2019
-
Pakistan Hindistandan səfirini geri çağırıb 11:55, 18.02.2019
ŞƏRH YAZIN