NAMAZ VAXTLARI:
  • FƏCR 06:11
  • GÜN 07:36
  • ZÖHR 12:27
  • ŞAM 17:36
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 56
Azərbaycan İrana yardım təklif etdi

Azərbaycan İrana yardım təklif etdi

Azərbaycan İranın qərbində baş verən dəhşətli zəlzələ ilə bağlı bu ölkəyə yardım təklif edib.

İslamınSəsi bu barədə AzVision.az-a İran ın ölkəmizdəki səfirliyinin mətbuat xidmətinin rəhbəri Məhəmmədrza Nəcəfi bildirib.

Nəcəfi qeyd edib ki, Azərbaycanın Xarici İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin rəsmiləri İranın Ba dakı səfiri Cavad Cahangirzadə ilə təmasda olub, ona Azərbaycan tərəfinin köməyi təklif edilib.

"Qardaş ölkənin kömək təklifini Tehrana, aidiyyatı qurumlara çatdırmışıq. Azərbaycan prezidenti və xalqına göstərdiyi dəstəyə görə təşəkkür edirik"- səfirlik rəsmisi vurğulayıb.

Qeyd edək ki, ötən gün İranın qərbində 7.6 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 214 nəfər ölüb. Dağıntılar altından 207 nəfərin meyiti çıxarılıb. 1600-dən çox insan zəlzələ nəticəsində yaralanıb. Baş verən faciə ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyev iranlı həmkarı Həsən Ruhaniyə başsağlığı verib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system