Azərbaycan hərbi xərclərini artırır

Oxundu: 70
Azərbaycan hərbi xərclərini artırır

2020-ci ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləri məlum olub.

 
İslaminSesi bildirir ki, bu barədə Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrində bildirilib.
 
Bu sahələr üçün 5 milyard 826 milyon 700 min manat vəsait nəzərdə tutulub. Bu isə 2019-cu illə müqayisədə 1 milyard 70 milyon 700 min manat çoxdur.
 
Müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə 3 milyard 856 milyon 600 min manat yönəldiləcək. Bu isə 2019-cu illə müqayisədə 666 milyon manat artıqdır.
 
Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması üçün isə  1 milyard 973 milyon 100 min manat ayrılacaq. Bu isə 2019-cu illə müqayisədə 404 milyon 800 min manat çoxdur.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system