NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:10
  • ZÖHR 12:42
  • ŞAM 20:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Azərbaycan hərbçiləri sülhməramlı missiyada iştirak etmək üçün Cənubi Sudana yola düşəcəklər.

Oxundu: 412
Azərbaycan hərbçiləri sülhməramlı missiyada iştirak etmək üçün Cənubi Sudana yola düşəcəklər.

Azərbaycanlı sülməramlılar Cənubi Sudana yollanacaq

 

 "İslaminSesi" - Bu barədə Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlı məlumat verib.

 

"Azərbaycanlı sülməramlılar yanvar ayının sonunadək Cənubi Sudana göndəriləcəklər. Hazırda onların yola salınmasına hazırlıq prosesi başa çatmaq üzrədir», - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.

 

Azərbaycan parlamenti 2018-ci il noyabrın 30-da azərbaycanlı sülhməramlıların BMT-nin mandatı altında Cənubi Sudanda beynəlxalq missiyada iştirak etməsinə razılıq verib. Azərbaycan sülhməramlı qüvvələrin tərkibində 4 hərbçi – 3 zabit və 1 müşahidəçi ilə təmsil olunacaq.

 

Onu da qeyd edək ki, hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu (6 zabit daxil olmaqla) NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasında iştirak edir.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system