NAMAZ VAXTLARI:
  • FƏCR 05:28
  • GÜN 06:48
  • ZÖHR 12:49
  • ŞAM 19:06
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Azərbaycan əsgəri həlak olub - Foto

Oxundu: 295
Azərbaycan əsgəri həlak olub - Foto

Hərbçi Beyləqan rayonunda torpağa tapşırılıb

 

Beyləqan rayonunun, Aşıqalılar kəndinin sakini Azər Aftandil oğlu Babayev hərbi xidmət zamanı həlak olub.

 

İslaminSesi bildirir ki, bu barədə Meydan TV-yə kənd sakinləri məlumat veriblər. Onlar hadisənin hansı şəraitdə baş verməsini bilməsələr də, əsgərin kənddə dəfn edildiyini söyləyiblər.

 

Meydan TV xəbərin doğruluğunu yoxlamaq üçün Beyləqan rayonu, Aşıqalılar kənd icra nümayəndəsi Amil Məmmədovla əlaqə saxlayıb. A. Məmmədov əsgərin həlak olması xəbərini təsdiqləyib, onu rayon ictimaiyyətinin birgə dəfn etdiyini söyləyib:

 

"Biz onu dəfn etmişik artıq. Bəli, dünyasını dəyişib, gətiriblər, dəfn etmişik. Amma dəqiqliyi ilə bilmirəm, bu, hansı şəraitdə olub, necə baş verib. Tək onu bilirəm ki, hərbçi olub və hərbi xidmətdə olduğu vaxt ölüb. Hərbçilər təcili tibbi yardım avtomobili ilə gətirdilər. Rayon ictimaiyyəti toplanıb, dəfn etdik".
Müdafiə Nazirliyi faktla bağlı hər hansı məlumat yaymayıb.


Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system