Azərbaycan Cənubi Qafqaz kəməri ilə bu il 7,4 mlrd. kumbetr qaz ixrac edib

Oxundu: 64
Azərbaycan Cənubi Qafqaz kəməri ilə bu il 7,4 mlrd. kumbetr qaz ixrac edib

Azərbaycan bu ilin yanvar-sentyabr aylarında Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsi ilə 7,41 mlrd. kubmetrə yaxın qaz nəql edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22% çoxdur.

 

İslaminSesinin Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən dövr ərzində ölkənin magistral qaz kəmərləri ilə 19,9 mlrd. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 18,5% artım qeydə alınıb.

 

Komitənin məlumatına əsasən, magistral qaz kəmərləri ilə nəql edilən qazın 37,2%-i Bakı-Tbilisi-Ərzurum boru kəmərinin payına düşüb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system