NAMAZ VAXTLARI:
  • FƏCR 04:21
  • GÜN 05:51
  • ZÖHR 12:45
  • ŞAM 19:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 404
Azərbaycan 2015 Avropa Oyunlarında avtobusun vurduğu avstriyalı idmançıya 500 min avro ödəyib

Azərbaycan 2015 Avropa Oyunlarında avtobusun vurduğu avstriyalı idmançıya 500 min avro ödəyib

2015-ci ildə Bakıda keçirilən 2015 Avropa Oyunları turnirində avtobusun vurduğu avstriyalı sinxronçu atlet Vanessa Saxinoviç 500 min avro məbləğində kompensasiya alıb.

Saxinoviç və onun sinxron üzgüçülük üzrə komanda yoldaşlar Luna Payer və Verent Brayt Bakıda keçirilən Avropa Oyunları 2015-da avtobus əzmişdi.

 

 

Nəticədə idmançılar ağır xəsarət almışdılar. Onların ən çox xəsarət alanı Saxinoviç olmuşdu. O çoxsaylı sınıqlarla təcili olaraq Vyanaya aparılmışdı. İdmançıhəmin vaxtdan əlil arabasına məhkum olub.

 

Hadisədən sonra 18 yaşlı idmançıya Avstriyanın ombudsmanı Günter Kroyter və idman naziri Haynç-Kristian Ştraxe köməklik göstərib. Onlar yanvar ayında idmançının Azrıbaycanın Avstriyadakı səfiri Qalib İsrafilovla görüşünü təşkil edib və onun işinə təkan veriblər. Nəticədə tezliklə razılaşma baş tutub və ötən həftənin sonunda Vanessanın hesabına Azərbaycan tərəfindən 500 min avro yatırılıb.(massa.az)

 

“Əlbəttə, biz əvvəl daha artıq gözləyirdik, lakin mən bizə kömək edən hər kəsə minnətdaram ki, nəticədə Bakı və sığorta şirkəti nəhayət bizə ödəniş etdilər. Vanessanın müalicəsi üçün bizə pul çox lazımdır”, - idmançının anası Azra Saxinoviç deyir.

 

 

Qızın özü isə yenidən sərbəst gəzmək arzusundadır. 

 

Səfir Qalib İsrafilovun sözlərinə görə, baş verən faciədən sonra idmançının ailəsinə bir milyon məbləğində kompensasiya təklif olunurdu, lakin onlar bunun çox aşağı məbləğ olduğuna görə imtina ediblər.

 

Həmçinin hadisədən sonra Azərbaycan bütün lazımi tədbirləri həyata keçirib: təcili çatdırılma üçün təyyarə  verilib, eləcə də müalicəsi üçün sərfiyyatlar ödənilib.

Lakin Vanessanın ailəsi qəzaya və bərpa prosesinə olan bütün xərclər üçün kompensasiyanı da tələb edirdilər.

 

Hadisədən sonra avtobusun sürücüsü Vəli Əhmədov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov və “Təhlükəsiz şəhər” xidmətinin operatoru Elçin Həsənov saxlanılmış, H.Salamov və V.Əhmədov 4 il, E.Həsənov isə 3 il azadlıqdan məhrum edilmişdi. Eləcə də Avtonəqliyyat Xidmətinin sərnişindaşıma departamentinin məsləhətçisi Fərid Əmiraslanov 3 il azadlıqdan şərti məhrum edilib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system