NAMAZ VAXTLARI:
  • FƏCR 04:34
  • GÜN 06:00
  • ZÖHR 12:43
  • ŞAM 19:42
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Az sonra Davosda İlham Əliyevlə Nikol Paşinyanın görüşü olacaq

Oxundu: 1747
Az sonra Davosda İlham Əliyevlə Nikol Paşinyanın görüşü olacaq

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün yanvarın 22-də Davosda Azərbaycan prezidenti ilə görüşəcəyini açıqlayıb.

 

İslaminSesi Virtualaz.org-a istinadən  xəbər verir ki, Paşinyan bu haqda “RİA Novosti”yə açıqlamasında deyib.

 

“Bəli, qeyri-formal görüş planlaşdırılır”, - Paşinyan jurnalistin Azərbaycan prezidenti ilə görüşüb-görüşməyəcəyinə dair sualına cavab olaraq deyib.

 

Bundan əvvəl Paşinyan mətbuat konfransında Azərbaycan prezidenti ilə nə zaman görüşəcəyi haqda suala belə cavab vermişdi: “Çox tezliklə”.

 

Öz növbəsində Azərbaycan prezidenti İlham Əliyev “RİA Novosti” agentliyinə açıqlamasında Ermənistanla rəhbərliyi ilə tamformatlı danışıqların hələ baş tutmadığını, amma “bir neçə faydalı görüş olduğunu” bildirib. Onun sözlərinə görə, MDB sammitində baş tutan bu görüşlər tərəflərin Qarabağ münaqişəsinin nizamlanmasına dair mövqeyinin müəyyən edilməsi və danışıqların fəallaşdırılması baxımından faydalı olub.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system