NAMAZ VAXTLARI:
  • FƏCR 05:09
  • GÜN 06:29
  • ZÖHR 12:33
  • ŞAM 18:52
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

SİYASƏT

Oxundu: 419
Ayətullah Xameneyidən sərt mövqe -

Ayətullah Xameneyidən sərt mövqe - "ABŞ-la müzakirəni qadağan edirəm”

ABŞ özü nağd aldığı mənfət qarşılığında, isə nağd heç nə vermir

İslaminSesi.info - "ABŞ müharibə xəyalı ilə qorxaqları qorxutmaq, müzakirə məsələsində də ikibaşlı oynayır. Bu cür saxtakar bir hökumətlə nə müzakirə etmək olar?”


Maide.Az “Leader.ir” saytına istinadən xəbər verir ki, bunu Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei Tehranda İranın müxtəlif bölgələrindən gələn vətəndaşlarla görüşündə deyib.

Ölkədəki iqtisadi problemlərdən, milli valyutanın dəyərinin düşməsindən və həll yollarından danışan Ayətullah Xameneyi ABŞ-ın İrana təklif etdiyi müzakirə məsələsinə toxunub.

“ABŞ hazırda müzakirə etmək təklifi edib. Bu yeni məsələ deyil. İslam İnqilabının ilk günündən bu cür təkliflər dəfələrlə olub. Nə üçün müzakirə etmirik? Çünki ABŞ-ın müzakirə formulası pul və gücə söykənir. Odur ki, danışıqları alış-veriş hesab edirlər. Onlar müzakirə etmək istəyərkən, özləri üçün əsas hədəfləri müəyyən edir və budan bir addım belə geri çəkilmirlər. Qarşı tərəfdən üstünlüklər və mənfətlər əldə etməyi tələb edir və bu baş verməzsə, səs-küy salaraq qarşı tərəfi razı salına qədər davam edirlər. ABŞ özü nağd aldığı mənfət qarşılığında, isə nağd heç nə vermir. Yalnız “tutarlı” söz verməklə digər tərəfi ümidvar edir. Sonda isə istədiklərini əldə etdikdən sonra verdiyi sözü pozur. Bu ABŞ-ın müzakirə metodudur. Bu cür saxtakar bir hökumətlə nəyi müzakirə etmək olar?”

Ayətullah Xamenei bildirib ki, Hərtərfli Birgə Fəaliyyət Planı buna əyani sübutdur. “Mən bu məsələdə çox çətin şərtlər və qırmızı xətlər müəyyən etmişdim ki, onlara əməl olunmadı. İran nə zaman elə bir gücə çatsa ki, ABŞ-ın bu təzyiqləri və oyunları ona təsir etməsin, o zaman müzakirə aparacaq. Bu gün isə belə bir şey yoxdur. Ona görə İmam Xomeyni ABŞ-la müzakirəni qadağan etdi və mən də qadağan edirəm”.

Ayətullah Xamenei bildirib ki, ABŞ ötən bir il yarım ərzində ədəbsiz və kobud siyasətdən istifadə edir. “Onlar əvvələr də diplomatiyada ədəbsizlik edirdilər, lakin son vaxtlar dünyanın bütün ölkələri ilə danışıqlarında bunu daha çoxaldıblar. Misal üçün ötən həftə Səudiyyə Ərəbistan iki cinayət törətdi. Xəstəxanaya hücum etdi və 50-ə yaxın günahsız körpəni öldürdü. Sizlərin hər birinizin evində 8-9 yaşlı uşaqlar yoxdur? Bu necə böyük müsibətdir. İnsanın ürəyini ağrıdır. Bu hadisə dünya ictimaiyyətinin vicdanını sizlatdı lakin ABŞ nə etdi? Bu cinayətləri pisləmək əvəzinə Səudiyyə ilə stratejik əlaqələri olduğunu bildirdi. Bu həyasızlıq deyilmi? Yaxud ABŞ prezidenti 2-3 min miqrant uşağı anasından ayırdı və qəfəsdə saxladı. Bu cinayətin tarixdə misli görülübmü?”

Ayətullah Xamenei ABŞ-ın son vaxtlar İrana qarşı da həyasız davranış sərgiləməsindən danışıb. “Sanksiyalardan başqa daha iki məsələni ortaya atırlar. Müharibə və müzakirə. Müharibə xəyalı ilə qorxaqları qorxutmaq istəyir, müzakirə məsələsində isə ikibaşlı oynayırlar. Gah şərstiz, gah şərtlə müzakirə irəli sürülər. Xalqa bu haqda iki kəlmə söz demək istəyirəm. Müharibə olmayacaq və müzakirə etməyəcəyik. Bu sözlərimin xülasəsidir və bunu İran xalqı bilsin."

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system