DÜNYA

Oxundu: 84
"

Ayətullah Xamenei Trampın Qüdslə bağlı təhdidinə cavab verib

“Qüdsü işğal edilmiş ərazilərin paytaxtı elan etmək istəyirlər. Bu onların acizliyinə görədir. Onlar fironluq edirlər. Amma Fələstin və Qüds azad olacaq”

İslaminSesi.info FarsNews-a istinadla xəbər verir ki, bunu İslam İnqilabının Ali lideri Ayətullah Xamenei ölkənin rəsmiləri, islam ölkələrinin səfirləri və vəhdətlə bağlı beynəlxalq konfransın qonaqları qarşısında çıxışı zamanı deyib.

 

Məhəmməd Peyğəmbərin mövludu münasibətilə baş tutan toplantıda çıxışı zamanı Ayətullah Xamenei müsəlmanları bir olmağa çağırıb. O bildirib ki, əgər islam dünyası güclü olmaq və başıuca olmaq istəyirsə işinin başında müqavimət, birlik və möhkəm iradəni tutmalıdır.

 

Ali lider Amerika, Sionist rejimi və onlara bağlı olan mürtəce qüvvələri hazırki dövrün fironları adlandırıb və onların bölgədə təfriqə yaratmaq cəhdlərini belə işıqlandırıb:

 

“Bəzi ABŞ siyasətçiləri bilərəkdən bilməyərəkdən etiraf edirlər ki, gərək Asiyanın qərbində döyüşlər və qarşıdurmalar olsun. Olsun ki, Sionist rejimi təhlükəsizlik haşiyəsində və dairəsində qala bilsin və islam dünyasının qanlı bədəni boy atmasın.”

 

Ayətullah Xamenei Amerikaya tabe olan bəzi bölgə ölkələrinin siyasətindən təəssüf hissi keçirdiyini dilə gətirib və deyib:

 

“İran İslam Respublikası müsəlman dövlətləri ilə ixtilaf salmaq niyyətində deyil. İranın daxilində vəhdətin olduğu kimi islam dünyasında da vəhdətin olmasının tərəfdarı və bunu irəli aparandır. Amerikanın arxasıyca gedən bölgə ölkələri ilə danışıq ədəbiyyatımız nəsihət və tövsiyə dilidir. Bizim qaydamız bu deyil ki, cahillərə cavab verək. Amma nəsihət edirik. Nəsihət edirik ki, dünya zalımlarına xidmət onların özünə zərər verir. Bilsinlər ki, Qurana əsasən zalımlarla birgə olmağın məhvdən başqa bir sonluğu yoxdur.”

 

Ayətullah Xamenei ABŞ prezidentinin Qüdsü İsrailin paytaxtı elan etmə təhdidinə cavab olaraq deyib:

 

“İslam dünyasının dərdinin əlacı ümmətinin birliyində, Sionizmin və islamın düşmənləri ilə mübarizədədir. Bu gün Fələstin islam ümmətinin ən böyük məsələsidir. Hamı vəzifə daşıyır ki, Fələstin millətinin azadlığı və xilası üçün səy göstərsin... Qüdsün işğal edilmiş ərazilərin paytaxtı kimi elan edilməsi acizliyə və zəifliyə görədir. İslam dünyası şəksiz bu planın qarşısında duracaq, sionistlər bu işlə böyük zərbə alacaq, əziz Fələstin isə sonda azad olacaq.”

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system