Ayətullah Xamenei Şərqi Azərbaycan əyalətindən gələn insanlarla görüşüb - FOTO

Oxundu: 81
Ayətullah Xamenei Şərqi Azərbaycan əyalətindən gələn insanlarla görüşüb - FOTO

Ayətullah Xamenei bu gün, 1356-cı il 29 bəhmən (1978- 18 fevral) Təbriz inqilabının ildönümü münasibəti ilə İranın Şərqi Azərbaycan əyalətindən, xüsusən Təbrizdən gələn müxtəlif peşə sahibi olan minlərlə insanı qəbul edib və onlarla görüş keçirib.

 

İslaminSesi Tasnimə istinadən xəbər verir ki, İran İslam İnqilabı Ali rəhbəri Ayətullah Xamenei görüş zamanı müxtəlif mühüm məsələlərə toxunub, ölkədə və dünyada baş verən siyasi, iqtisadi vəziyyəti təhlil edib.

 

Son parlament seçkilərindən danışan Ayətullah Xamenei, seçkini ölkənin əsas güc amili adlandırıb:

"Mən sizə bildirirəm ki, seçkilər ümumi cihad hesab olunur. Seçki ölkəni gücləndirən mayadır. Seçkilər ölkənin abrıdır.”

 

 “Gördüyünüz kimi, ABŞ və havadarları əməliyyat otağı təşkil edib, xalqla hökumət arasında ayrılıq salmaq istəyirlər”, deyən İnqilab Rəhbəri İnqilab düşmənlərinin daima pusquda olduğunu, plan çəkdiyini diqqətə çatdıırb.

 

İyirmi iki bəhməndə və General Qasim süleymaninin şəhadət vaxtında xalqın birliyini, gücünü nümunə cəkən İnqilab Rəhbəri bu seçkini “İranın düşmənlərinə əks-hücum” adlandırıb.

 

 

 

 

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system