NAMAZ VAXTLARI:
  • FƏCR 05:37
  • GÜN 06:57
  • ZÖHR 12:25
  • ŞAM 18:10
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

İSLAM

Oxundu: 588
Ayətullah Xamenei Şəhriyarın Azərbaycan dilində yazılan şerlərini belə tərifləyir

Ayətullah Xamenei Şəhriyarın Azərbaycan dilində yazılan şerlərini belə tərifləyir

“Şəhriyarın türk dilində şerləri çox böyük, güclü, müsbət təsir bağışlayan və cəzb edəndir. Onun Heydər-Baba şeri çox tanınmışdır. Bu şerin dünya səviyyəsində necə qarşılanması onu göstərir ki, o, buna layiqdir. Bu, çox uca bir ədəbiyyat əsəridir”.

İslainSesi.info – Ayətullah Xameneinin dəftərxanasının rəsmi saytı şair Məhəmməd Hüseyn Şəhriyarın ildönümündə Ali liderin onunla görüşünü ehtiva edən bəzi videomaterialları yayımlayıb və Ayətullah Xameneinin şairin Azərbaycan dilindəki çox dəyərli fikirlərini bölüşüb.

 

Ayətullah Xamenei mərhum şair Məhəmməd Hüseyn Şəhriyarla çox görüşüb. O bildirir ki, Təbrizə səfərində həmişə Şəhriyara baş çəkərdi.

 

“Şəhriyar pak, təmiz və ülvi əxlaqi xüsusiyyətlərə malik idi. Şəhriyarı yaxşı tanıyırdım. Bunu onun yanına gedib, gələnlər də deyirdim. Bu ölkədə İmam Hüseynə əzadarlıq qadağan olanda və İmam Hüseyn haqda şer yazanlar təqib ediləndə, Şəhriyar belə bir zamanda İmam Hüseyn haqda deyirdi:

 

Be coz əz Əli ke arəd pesəre Əbul-Əcaeb,

Ke ələm konəd be aləm şohədaye Kərbəla ra”

 

(Əlidən başqa qeyri-adi bir oğlanı dünyaya kim gətirə bilər ki, Kərbəla şəhidlərini dünya qarşısında ələm etdi)

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system