Ayətullah Xamenei Qətərin əmirini qəbul edib: Bölgədəki gərginliyin səbəbi ABŞ və müttəfiqləridir

Oxundu: 44
Ayətullah Xamenei Qətərin əmirini qəbul edib: Bölgədəki gərginliyin səbəbi ABŞ və müttəfiqləridir

"Bölgənin qeyri- münasib və gərgin vəziyyətinin səbəbi ABŞ-ın və onun müttəfiqlərinin fitnə-fəsad törətməsidir".

İslaminSesi Tasnim-ə istinadla xəbər verir ki, bunu İranın İslam İnqilabının Ali lideri Ayətullah Seyyid Əli Xamenei Qətərin əmiri Təmim bin Həmd Ali-Sanini qəbul edərkən deyib.

 

Ayətullaha Xamenei Tehranda səfərdə olan Qətərin əmirilə görüşdə son günlərdə bölgədə baş verən bəzi hadisələrə diqqət çəkib və bildirib ki, gərginliyin səbəbi ABŞ və onların müttəfiqləridir.


"Bu gərgin vəziyyətin səbəbi Amerika və onun müttəfiqləridir. Buna qarşılıq verməyin yeganə yolu regionda ölkələrarası əməkdaşlığa arxalanmaqdır", deyə Ayətullah Xamenei bildirib.


Onun sözlərinə görə İran qonşu ölkələrlə əlaqələri daha da genişləndirməyə hazırdır.


Ayətullah Xamenei bu görüşdə iki ölkə arasında olan əlaqələrin lazımi müstəvidə olmadığını bildirib və iqtisadi əlaqələrin də siyasi əlaqələr kimi artmasını istəyib./SalamNews/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system