NAMAZ VAXTLARI:
  • FƏCR 06:11
  • GÜN 07:36
  • ZÖHR 12:27
  • ŞAM 17:36
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

İSLAM

Oxundu: 385
"

Ayətullah Xamenei Myanma müsəlmanları haqda çağırış edib

“Müsəlman ölkələri Myanma dövlətinin cinayətlərinə görə əməli şəkildə hərəkətə keçməlidirlər”

İslaminSesi.info FarsNews-ə istinadla xəbər verir ki, bunu İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei deyib.

 

Bu gün din xadimlərinin iştirak etdiyi fiqh dərsi əsnasında Myanma müsəlmanlarının vəziyyətinə təkidlə yanaşan Ayətullah Xamenei dünya ictimaiyyətinin, hüquq iddiaçılarının və təşkilatçılarının məsələ ilə bağlı sükutunu kəskin tənqid edərək, müsəlman ölkələrindən istəyib ki, Myanma dövləti qarşısında əməli şəkildə hərəkətə keçsinlər.

 

Ali lider bildirib ki, bunun yolu müsəlman ölkələrinin əməli hərəkətə keçməsi, rəhmsiz Myanma dövlətinə iqtisadi və siyasi təzyiqlərin göstərilməsidir.

 

Ayətullah Xamenei məsələ ilə bağlı İran rəsmilərinə də göstərişlər verərək deyib:

 

“İslam Respublikası gərək dünyanın hər bir yerində zülmə qarşı açıq-aydın və şücaətli şəkildə mövqe bildirsin”

 

Myanmadakı məsələləri müsəlmanlarla buddistlər arasında olan qarşıdurma kimi qələmə verməyi düzgün hesab etməyən Ayətullah Xamenei bildirib:

 

“Ola bilər ki bu məsələdə din təəssübkeşliyi təsirli olsun, lakin bu proses əsasən siyasidir. Çünki onun aparıcısı Myanma dövləti və onun başında da rəhmsiz bir qadın durur ki, nobel mükafatına da layiq görülüb. Əslində bu işlə nobel sülh mükafatı ölmüş oldu...

Bu cinayətlər İslam dövlətləri və ölkələrinin gözü qarşısında dünya təşkilatlarının, riyakar dövlətlərin və yalançı hüquq təşkilatlarının gözü qarşısında Myanma dövləti tərəfindən həyata keçirilir. BMT-n baş katibliyi bunu yalnız məhkum edir...

Hüquq müdafiəsi iddasında olanlar bəzən bir cinayətkarı bir ölkədə cəzalandırmaq üçün hay-küy salırlar, amma Myanma xalqının on minlərlə xalqının qaçqın vəziyyətinə düşməsinə görə heç bir reaksiya vermirlər...

İslam ölkələri əməli şəkildə hərəkətə keçməlidirlər. Əməli hərəkətə keçmək dedikdə qoşun yeritmək deyil, Myanma dövlətinə siyasi, iqtisadi və ticari təzyiqlər göstərməkdir.”

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system