Ayətullah Xamenei İranda baş verən son hadisələrdən danışdı - Video

Oxundu: 2204
Ayətullah Xamenei İranda baş verən son hadisələrdən danışdı - Video

İslam İnqilabı Rəhbəri Ayətullah Xamenei İranda baş verən son hadisələrdən danışıb.

 

İslaminSesi xəbər verir ki, İslam İnqilabı Rəhbəri Ayətullah Xamenei İranda baş verən son hadisələrdən danışıb və benzinin qiymətinin qalxmasına münasibət bildirib:

 

"Dərsi başlamazdan öncə ölkə rəhbərliyinin qəbul etdiyi qərardan sonra iki gündür baş verən hadisələrə münasibət bildirmək istəyirəm. Dünən və srağagün bəzi şəhərlərdə hadisələr baş verdi ki, insan tələfatıyla nəticələnmiş və idarə binaları yandırılaraq, xarab edilmişdir. Əvvəla, əgər ölkə rəhbərliyi qərar qəbul edibsə, gərək buna yaxşı niyyətlə yanaşıla. Mən özüm bu mövzuda mütəxəssis deyiləm. Amma mütəxəssislərin özü də bu mövzu haqda fərqli rəyə malikdirlər. Bəziləri bu addımı gərəkli və vacib bilirlər, bəziləri isə zərərli hesab edirlər. Bu mövzuda keçirilən görüşlərdə də bu mövzuda mütəxəssis olmadığımı bildirmişəm. Amma hökümətin qəbul edəcəyi qərarı da dəstəkləyəcəyimi bəyan etmişəm. Çünki üç qüvvə (prezident, parlament sədri və ali məhkəmə sədri) mütəxəssislərin iştirakı ilə yığışıb ölkə üçün qərar qəbul ediblər, gərək buna riayət oluna", - deyə Ayətullah Xamenei bildirib.

 

İnqilab rəhbəri daha sonra bunları qeyd edib: "Bu qərardan nigaran və narahat olanlar olacaq. Çünki bəzilərinin bu zərərinədir və bəziləri zərər olacağını düşünür və güman edirlər. Hər halda narahatdırlar. Amma bank və hansısa binanı yandırmaq onların işi deyil. Bu fürsətdən istifadə edənlərin və şər qüvvələrin işidir. Bəli, bəzi cavanlar həyəcan və ehtirasdan onlara qoşulur. Amma bilmək lazımdır ki, bu işlər problemi həll etmir. Əksinə əlavə problemlər yaradır. Problem yaratmaqla yanaşı, asayiş və ölkənin əmin-amanlığına ziyan vurur. Əmin-amanlığın olmaması hər bir ölkə və ya cəmiyyət üçün bəladır. Onların məqsədi elə budur. Siz özünüz son iki günü mülahizə edin. Bu qərardan sonra dünyanın bütün şər qüvvələri əhalini bu tip işlərə dəvət edir. Pəhləvi ailəsindən tutmuş cinayətkar münafiqlərə kimi. İnternet və başqa vasitələrlə bu işləri görməyə təşviq edirlər. Mənim sözüm budur ki, heç kəs bu şər qüvvələrə kömək etməsin. Heç bir aqil, dəyərli, ölkəsinə və ölkəsində firavan yaşayışın olmasına bağlı insan onlara kömək etməməlidir. Bu işlər adi işlərdən deyil".

 

Ayətullah Xamenei daha sonra bildirib ki, məsul şəxslər gərək bu qiymət artımından yarana biləcək problemləri azaltsınlar: "Dünən televiziyada bəzi məsul şəxslərin çıxışına baxdım, bu qiymət artımının başqa məhsullara sirayət etməsinin qarşısını alacaqlarını bildirdilər. Bəli, bu çox mühümdür. Hazırda ölkədə bahaçılıqdır. Onun da üstünə bu bahalşmanın yeri yoxdur. Həmçinin məsul şəxslər ölkənin asayişinin təmin olunması üçün səy göstərməli və bunu qorumalıdırlar".

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system