Ayətullah Xamenei: İran və ABŞ arasında heç bir səviyyədə müzakirə aparılmayacaq

Oxundu: 126
Ayətullah Xamenei: İran və ABŞ arasında heç bir səviyyədə müzakirə aparılmayacaq

İran və ABŞ arasında heç bir səviyyədə və heç bir müzakirə aparılmayacaq.

 

İslaminSesi.info bildirir ki, Maide.Az-ın İran KİV-lərinə istinadla verdiyi xəbərə görə bunu bu gün dərsi-xaric  dərsinin əvvəlində ABŞ tərəfindən  İranla müzakirə mövzusunun gündəmə gəlməsinə münasibət bildirən Ali RƏhbər Ayətullah Seyid Əli Xamenei  deyib. 
 
Ötən 40 il ərzində xalqın düşmənlərin çirkli planları qarşsında ayıq olmasını tərifləyən Ali Rəhbər bildirib ki,  ölkənin problemlərinin yeganə həlli yolu xalqa və gənclərə arxayın olmaq və ölkə daxilindəki potensialdan istifadə etməkdədir. 
 
Müzakirə hiyləsindən onların məqsədinin  öz istəklərini  yeritmək və  İrana maksimal təzyiqlərin təsir etdiyini göstərməkdir deyən Ayətullah Xamenei bildirib ki, İran xalqına qarşı maksimal təzyiq siyasətinin zərrə qədər də dəyəri yoxdur və İslam Respublikasının bütüm məsul şəxsləri  bir səslə elan edirlər ki, ABŞ-la  heç bir səviyyədə müzakirə olmayacaq. 
 
Ali Rəhbər bildirib ki, əgər ABŞ  öz sözündən dönərsə,  tövbə edərsə, pozduğu nüvə sazişinə qayıdarsa  onda  saziş ölkələri çərçivəsində iştirak edə bilər və İranla danışıq apara bilər.  Lakin  belə olmazsa  İslam Respublikası rəsmiləri ilə ABŞ  arasında heç bir səviyyədə və heç bir danışıq baş tutmayacaq. Nə Nyu Yorkda  və nədə başqa yerdə.  
 
Ayətullah Xamenei Avropa ölkələri ilə bağlı da yaxın günlərdə danışacağını bildirib.
 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system