Ayətullah Xamenei: “Ərbəin bizi ucalığa götürən qüvvətli bir vasitədir”

Oxundu: 331
Ayətullah Xamenei: “Ərbəin bizi ucalığa götürən qüvvətli bir vasitədir”

İslam İnqilabı Rəhbəri Ayətullah Xamenei Ərbəin təşkilatçıları ilə görüşdə onlara öz minnətdarlığını bildirib, bu işə vasitəçilik etməyi böyük iş adlandırıb.

 

İslaminSesi.info Tasnimə istinadən xəbər verir ki, İslam İnqilabı Rəhbəri Ayətullah Xamenei bu gün sübh, İraqdan olan bir qrup Ərbəin təşkilatçıları və mökəb (zəvvarların gecələməsi və yemək yeməsi üçün qurulan çadırlar və ya tikililər) sahibləri ilə görüşüb.

 

“İmam Hüseyn (ə) bütün İslami məzhəblərin, bütün insanlarındır” deyən, Ərbəin mərasimin təşkili, milyonlarala zəvvarlara xidməti yüksək qiymətləndirən İnqilab Rəhbəri, İraq xalqının əzmindən, İŞİD-ə qarşı qətiyyətli mübarizəsindən soz açaraq bütün bunları İraq xalqının inancının qələbəsi adlandırıb.

 

Həmçinin İran-İraq münasibətlərinə toxunan Rəhbər, düşmənin hər an bu dostluğu pozmaq üçün çalışdığını, hər an fitnə yaratmaq istədiyini bildirib.

 

Əgər İran, İraq, Qərbi Asiya və Şimali Afrika xalqları birləşərsə dünyaya izzətin, ucalığın nə olduğunu göstərə bilər deyən Ayətullah Xamenei, İran-İraq  münasibətlarının Allaha olan imandan və Əhli-Beytə (ə) olan sevgidən qaynaqlandığını xatırladıb.

 

  "Amerikaya ölüm və İsrailə ölüm" şüarlarının öz həqiqətinə çatması çox uzaqda deyil” deyən İnqilab Rəhbəri, “Ərbəin bizim üçün qardaşlıq tellərini birləşdirən, bizi bu şüarların həqiqətinə götürən bir qudrətli vasitədir” deyə Ərbəinin əhəmiyyətini görüş iştirakçılarına çatdırıb.

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system