NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:10
  • ZÖHR 12:41
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Ayətullah Xamenei Abenin gətirdiyi mesajlara maraqlı cavablar verdi

Oxundu: 761
Ayətullah Xamenei Abenin gətirdiyi mesajlara maraqlı cavablar verdi

Ali Lider bu gün səhər Yaponiya baş naziri Şinzo Abe ilə görüşüb və ətraflı söhbət ediblər. Söhbət əsnasında Ali Lider Yaponiya baş nazirinin mesaj dolu suallarına maraqlı cavablar verib.

 

“İslaminSesi” Tasnimə istinadən xəbər verir ki, yaponiyalı baş nazir görüşün əvvəlində İran İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xameneini salamlayaraq bildirib ki, mən Amerika prezidentinin mesajını Zati-alilərinizə çatdırmaq istəyirəm.

 

Rəhbər isə “Bizim sizin xoş niyyətinizə və ciddiyyətinizə şübhəmiz yoxdur. Lakin mən Trampın şəxsiyyətini danışıqlara layiq bilmirəm. Mənim ona heç bir veriləcək cavabım yoxdur, olmayacaq da! Bizim dediklərimiz və söhbətlərimiz Yaponiya baş naziri ünvanınadır. Ölkələrimiz arasında kiçik məsələlər olsa da biz dost ölkəyik” deyə cavab verib.

 

Abenin Trampın sözlərinə əsaslanaraq dediyi “Amerika ilə danışıqlar aparmaq sizi irəli aparacaq” sözlərinə Ayətullah Xamenei “Biz Allahın köməyi ilə, ağır sanksiyalarla olsa belə irəli gedəcəyik” deyə cavab verib.

 

Yaponiya baş naziri Trampın mesajını çatdıraraq bildirib ki, ABŞ hökuməti İranda rejimi dəyişmək niyyətində deyil. Ali Rəhbər isə “Bizim Amerika ilə məsələmiz dəyişiklik istəməsində deyil. Bunu istəsələr belə, onlar bu qudrətə sahib deyillər. Amerikanın bundan öncəki rəhbərləri də 40 ildə bunu edə bilməyiblər” deyə cavab verib.

 

“Trampın ölkədə hakimiyyət dəyişikliyi etmək istəməməsinə gəlincə deyə bilərəm ki, bu bir yalandır. Əgər edədə bilsəydi bunu edərdi. Lakin bacarmaz” deyə Ayətullah Xamenei əlavə olaraq bildirib.


Ayətullah Xamenei “Biz “5+1” çərçivəsində Amerika və Avropa ilə 5-6 il danışıqlar apardıq və nəticələr də əldə etdik. Lakin Amerika bu anlaşmanı da korladı. Hansı düşüncəli bir dövlət bütün bunları korlayan bir dövlət ilə növbəti dəfə danışıqlara gedər?” deyə Şinzoya sual ünvanlayıb.

 

Ayətullah Xamenei baş naziri Şinzo Abenin bir çox suallarını cavablandırıb və ətraflı söhbət ediblər.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system