Ayətullah Sistaniyə qarşı terror cəhdi...

Oxundu: 435
Ayətullah Sistaniyə qarşı terror cəhdi...

İraqın nüfuzlu mərcəyi təqlidi Ayətullah Seyyid Əli Sistaniyə qarşı terrora cəhd edilib.

 

İslaminSesi.info almayadeen-ə istinadən xəbər verir ki, Ayətullah Seyyid Əli Sistaniyə qarşı terrora cəhdinin qarşısı alınıb.

 

Mənbənin məlumatına görə bu barədə Nəcəful-Əşrəfin qubernatoru əl-Yasiri məlumat verib.

 

Yasirinin verdiyi məlumata əsasən bir qrup terrorçu Nəcəf şəhərinin qədim məhləsinə daxil olub. Onlar oradan dini hövzəyə girib mərcəyi təqlid Ayətullah Seyyid Əli Sistaniyə qarşı terror törətməyi planlaşdırıblar. Lakin dəstənin bütün üzvləri ələ zərərsizləşdirilib.

 

Xatırladaq ki, 3 gündür ki, İraqın paytaxtı Bağddada və Nəcəf şəhərində insanlar sosiyal problemlərin həlli tələbi ilə etiraz aksiyaları keçirir. Lakin aksiyalar qarşıdurmaya çevrilib. İraq rəsmilərinin bildirdiyinə görə qarşıdurmalarda xarici qüvvələrin əli vardır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system