NAMAZ VAXTLARI:
  • FƏCR 05:07
  • GÜN 06:27
  • ZÖHR 12:34
  • ŞAM 18:56
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

İSLAM

Oxundu: 16471
Ayətullah Sistaninin dəftərxanası Fitr bayramı günü haqda açıqlama verib

Ayətullah Sistaninin dəftərxanası Fitr bayramı günü haqda açıqlama verib

Ayətullah Sistaninin dəftərxanası Fitr bayramı gününün (şəvvalın biri) dəqiq müəyyənləşməsi üçün İraqda və digər ölkələrdə olan müqəllidləri cümə axşamı günü (14 iyun) ayın müşahidəsinə çağırıb.

İslaminSesi.info bu barədə Sumariya Agentliyinə istinadla xəbər verir.

 

İnanclıları cümə axşamı günü ayın müşahidəsinə çağıran Ayətullah Sistaninin dəftərxanası vurğulayıb ki, sabah axşam İraqda təchizatı olmayan gözlə şəvval ayının hilalının görünməsi də çətin nəzərə çarpır.

 

Hava şəraiti münasib olacaq ölkə və bölgələrdəki inanclılardan istənilib ki, sabah axşam şəvval ayının müşahidəsinə çıxsınlar və ay göründüyü təqdirdə onun həcmini və üfüqünü bildirməklə dəftərxanaya və ya onun nümayəndəliklərinə xəbər versinlər.

 

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi şəvvalın birinin 15-ə təsadüf edəcəyini bildirib. Ayətullah Xameneinin dəftərxanası da  Fitr bayramı gününün böyük ehtimalla 15-ə təsadüf edəcəyini bildirib. 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system