DÜNYA

Oxundu: 9556
Ayətullah Sistani Trampın Qüdslə bağlı verdiyi qərara münasibət bildirib

Ayətullah Sistani Trampın Qüdslə bağlı verdiyi qərara münasibət bildirib

İslaminSesi.info PressTV-yə istinadla xəbər verir ki, İslam dünyasının nüfuzlu müctəhidi ABŞ prezidentinin Qüds şəhərini İsrailin paytaxtı kimi tanımasını pisləyib.

Ayətullah Sistaninin dəftərxanasından verilən bəyanatda deyilir ki, Vaşinqtonun verdiyi bu qərar "yüz milyonlarla ərəblərin, müsəlmanların hisslərinə toxunur".

 

"Bu qərar pislənilir. O, yüz milyonlarla ərəb və müsəlmanların hisslərinə toxunur. Amma bu (qərar) Qüdsün işğal olunduğu və suverenliyinin nə qədər müddət çəkirsə çəksin öz fələstinli sahiblərinə qaytarılmalı olduğu həqiqətini dəyişdirmir", - bəyanatda deyilir. Gərəkdir ki, ümmətin səyləri artsın və bu yolda onların sözü bir olsun."

 

 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Çərşənbə günü Qüdsü sionist İsrail rejiminin paytaxtı kimi tanıdığını elan edib və ABŞ-ın Təl-Əvivdəki səfirliyinin Qüdsə köçerelməsi barədə fərman imzalayıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system