NAMAZ VAXTLARI:
  • FƏCR 06:08
  • GÜN 07:33
  • ZÖHR 12:26
  • ŞAM 17:38
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

İSLAM

Oxundu: 25668
Ayətullah Sistani onu fasiq adlandıran vəhhabi aliminə belə cavab verdi

Ayətullah Sistani onu fasiq adlandıran vəhhabi aliminə belə cavab verdi

Bəni-Üməyyə tərəfdarı olan tanınmış vəhhabi alimin söyüşü və İmam Hüseynin nəslindən gələn Ayətullah Sistaninin buna cavabı

İslaminSesi.info – İnsanları Suriya və İraqa “cihad” etməyə səsləyən vəhhabi alimlərindən biri də Məhəmməd əl-Ureyfidir. O çıxışlarında əsasən şiələri və sonradan şiə olan şəxsləri təkfir etməklə məşğul olur. Səudiyyə rejiminin ölkə xairicindəki siyasətinə uyğun olaraq, radikallığı və təkfirçiliyi rəvac verən təbliğat aparatlarından biridir.

 

O, cümə namazı xütbələrinin birində Ayətullah Sistani haqda deyir:

 

“Husilər danışıqlar zamanı tələb edirlər ki onlarla Yəmən hökuməti və Səudiyyə arasında vasitəçiliyi Ayətullah Sistani etməlidir. Bu, onların şiəliyə sarı getməsinə dəlalət edir. Onlar heç olmasa demirlər ki vasitəçi Səudiyyədəki “Böyük Alimlər Şurası” olsun. Heç olmasa əl-Əzhərdəki Fətva Komitəsinin vasitəçi olmasını demirlər. Ya da Məkkə hərəminin imamını vasitəçi kimi qəbul etmirlər. Yəni onlar müsəlmanların yekdilliklə elm əhli və şeyx hesab etdiyi birini deyil, İraqın bir küncündə olan facir, fasiq və zındığ birisinin vasitəçi olmasını istəyirlər.”

 

Nəcəf şəhərində yaşayan tanınmış alim şeyx Cəfər əl-ibrahimi, Ayətullah Sistanin bu sözlərə cavab verməsi haqda belə deyir:

 

“Onların ən yüksək alimlərindən biri Ayətullah Sistani haqda fasiq, zındığ və facir dedi. Ayətullah Sistaniyə bunu dedilər o da cavab verdi ki, Allah onu bağışlasın, mən onun üçün çox dua etdim”

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


CELAL
08.10.2017 11:56:41
MEN AGAM SENEN FEXIR EDIREM SISTANI AGA

DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system