NAMAZ VAXTLARI:
  • FƏCR 04:58
  • GÜN 06:20
  • ZÖHR 12:36
  • ŞAM 19:09
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Ayətullah Sistani Məhərrəm ayı öncəsi din xadimlərinə müraciət edib

Oxundu: 1513
Ayətullah Sistani Məhərrəm ayı öncəsi din xadimlərinə müraciət edib

Böyük İslam alimi Ayətullah Seyid Əli Sistani Məhərrəm ayı öncəsi din xadimlərinə müraciət edib

 

"İslaminSesi" bildirir ki, İslam aliminin tövsiyələri onun ofisi tərəfindən yayımlanıb.

 

İslam dünyasının tanınmış müctəhidi ilk əvvəl Kərbəla hadisəsinin əsas hədəflərindən söz açaraq, bütün müsəlmaları  bu mərasimdə iştirak etməyə və ona hörmətlə yanaşmağa çağırıb: "Bütün müsəlmanlar bu hadisələrə sanki öz ailə üzvlərinin başına  gəlmiş kimi məhəbbət, kədər və təvazökarlıqla baxmalıdırlar, çünki Məhəmməd Peyğəmbər (s) və onun Əhli-beyti (ə) Böyük Yaradan üçün əzizdir".

 

Kərbəla hadisəsinin Allahı xatırlatmağa, zikrə, dinin yayılmasına gətirdiyini deyən Ayətullah Sistani bu baş verənlərin İslam dəyərlərini insanların qəlbində və zehnində qoruyan bir dəlilə çevrildiyini vurğulayıb.

 

Böyük İslam alimi din xadimlərinə də müraciət edərək, matəm mərasimində bu nüanslara fikir vermələrinə çağırıb: "Belə çıxışlar mömin insanların qəlblərini sakitləşdirər, imanlarını artırar və onları Böyük Yaradan tərəfindən nazil ediləcək yaxşı və doğru işlər görməyə təşviq edər".

 

Ayətullah Sistani onları həmçinin fikir ayrılığına səbəb olacaq açıqlamalar verməkdən çəkinməyə çağırıb: "Din xadimləri müsəlmanları birləşdirməyə və aralarında dostluq əlaqələrini gücləndirməyə çalışmalıdırlar: Müsəlmanlara digər İslam məzhəblərinə qarşı üsyan edəcək bir şey söyləməmələrini tövsiyə etməlidirlər, çünki onlar eyni dinin ardıcıllarıdır - Allahın təkliyinə və Həzrət Məhəmmədin (с) peyğəmbərliyinə şəhadət verirlər".

 

"Natiqlər həmçinin dinləyicilərini digər İslam məzhəblərinin ardıcıllarının dini məclislərinə getməyə, cənazələrində iştirak etməyə təşviq etməlidirlər, çünki bu, Məhəmməd Peyğəmbərin və onun nəslindən olan bir ənənə idi. Bu ənənəyə qarşı hərəkət edən hər kəs əlbətdə böyük bir səhv edər", - deyə İslam dünyasının tanınmış müctəhidi burğulayıb.FaktXəbər

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system