Ayətullah Sistani İraq əhalisinə xarici müdaxilə ilə bağlı xəbərdarlıq etdi

Oxundu: 130
Ayətullah Sistani İraq əhalisinə xarici müdaxilə ilə bağlı xəbərdarlıq etdi

İraqın nüfuzlu mərcəi təqlidi Ayətullah Seyyid Əli Sistani İraq xalqını xarici müdaxiləyə qarşı bir olmağa, hər hansı bir müdaxiləyə izin verməməyə çağırdı.

 

İslaminSesi alkawthartv-yə istinadən xəbər verir ki, Ayətullah Sistanin ofisi İraqda baş verən son hadisələrə bağlı növbəti bəyanat yayıb.

 

Mənbənin məlumatına görə Ayətullah Sistani 5 bənddən ibarət bəyanatda insanları ətrafa və xalqım malına zərər vurmaqdan çəkindirib və bu kimi hallarda hər kəsin qanun qarşısında məsuliyyətli olduğunu bildirib.

 

Mərcəi təqlid bəyanatın sonuncu bəndində İraq əhalisini hər cür xarici müdaxilələrə, ölkəni qarışdırmaq istəyənlərə qarşı bir olmağa çağırıb:

“İraq xalqının islahatlar tələbi ilə apardığı mübarizə onun öz milli mübarizəsidir. İraqlılar çiyinlərində ağır yük daşıyırlar. Heç bir kənar qüvvələrin istənilən istiqamətə qarışmasına icazə verilməməlidir. Xarici müdaxilələr ölkəni münaqişə sahəsinə çevirmək təhlükəli risklər gətirir. Beynəlxalq və regional güclər arasındakı hesablaşmada ən çox itirən xalq olur.”

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system