NAMAZ VAXTLARI:
  • FƏCR 03:45
  • GÜN 05:26
  • ZÖHR 12:47
  • ŞAM 20:27
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 334
Ayətullah Sistani Haşdu-Şabi – nin qalmasını istəyib

Ayətullah Sistani Haşdu-Şabi – nin qalmasını istəyib

“İraqın təhlükəsizliyinin buna ehtiyacı var ki, qanun çərçivəsində yenə də təhlükəsilzik güclərinə dəstək verən qüvvələr olsun. İŞİD-ə qarşı qələbə döyüşün sonu demək deyil.”

İslaminsesi.info Sumariya Agentliyinə istinadla xəbər verir ki, bunu Ayətullah Sistaninin rəsmi nümayəndəsi şeyx Əbdül-Məhdi əl-Kərbəlai deyib.

 

Bu gün Kərbəlada cümə namazı əsnasında Ayətullah Sistaninin rəsmi nümayəndəsi İraq hökumətindən Haşdu-Şabi – nin qanun çərçivəsində qalmasını və yenə də İraq təhlükəsizlik qüvvələrinə dəstək verməsini istəyib.

 

Qeyd edək ki, İraqda İŞİD tam olaraq məğlub edilib. Şiə din alimlərindən müqtəda Sədr Haşdu-Şabi daxilində olan “Səraya-Səlam”ın tərki silah olması əmrini vermişdi.

 

ABŞ və Səudiyyə Ərəbistanı və eləcə də İraq daxilində olan bəzi siyasi fraksiyalar İraq hökumətindən İrana yaxın olan Haşdu-Şabi – nin ləğv və tərki-silah edilməsini tələb edirlər.

 

İraq Hökuməti Haşdu-Şabi-ni müstəqil hərbi qurum və baş nazirin tabeçiliyində olaraq silahlı qüvvələr siyahısına daxil edib. Lakin bəzi qüvvələr bunun ləğv edilməsi və ya ləğv edilərək ordu sıralarına qatılmasını tələb edirlər.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system