Ayətullah Sistani ABŞ rəsmilərinin görüşlə bağlı təklifini rədd edib

Oxundu: 572
Ayətullah Sistani ABŞ rəsmilərinin görüşlə bağlı təklifini rədd edib

İslam dünyasının və İraqın tanınmış müctəhidi Ayətullah Seyid Əli Sistani Amerika rəsmilərinin görüşlə bağlı təkliflərini rədd edib.

 

İslaminSesi.info MdeastNews-a istinadla xəbər verir ki, bunu Ayətullah Sistani Nəcəf şəhərində iranlı din alimi Ayətullah Misbah Yəzdini qəbul edərkən deyib.

 

Ayətullah Sistani bu görüşdə bildirib ki, 2003-dən başlayaraq, ABŞ rəsmiləri dəfələrlə və müxtəlif vasitələrlə onunla görüşmək üçün təkliflər irəli sürüblər.

 

Ayətullah Sistani vurğulayıb ki, o, ABŞ qüvvələrinin İraqda olmasını qeyri-legitim bilir və buna görə onlarla görüş təklifini qəbul etməyib.

 

Eyni zamanda Ayətullah Sistani bildirib ki, müstəmləkəçilər xüsusilə də Britaniya müsəlman dünyası və İraqda təfriqə salmaq üçün müxtəlif vasitələrə o cümlədən intenret səhifələri və sosial şəbəklər üzərindən proqramlara rəvac verməkdədir.SalamNews

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system