Ayətullah Məkarim Şirazi: Benzinlə bağlı qərar araşdırılmalıdır

Oxundu: 164
Ayətullah Məkarim Şirazi: Benzinlə bağlı qərar araşdırılmalıdır

Ayətullah Nasir Məkarim Şirazi İranda benzinin qiymətinin qalxması ilə bağlı qərara münasibət bildirib.

 

İslaminSesi arabic.rt-ə istinadən xəbər verir ki, benzinin bahalaşması ilə bağlı qərara münasibət bildirən Ayətullah Nasir Məkarim Şirazi, bu qərarın vatxsız, münasib bir vaxtda verilməyən bir qərar olduğunu və bunun tədqiq edilməyə ehtiyacı olduğunu bildirib.

 

“Hökumət üçün bir problem varsa - mütləq ki bu var - bu başqa bir şəkildə həll edilə bilməzmi?" deyən Ayətullah Məkarim Şirazi, qərarı tələsik atılan addım adlandırıb və “hakimiyyət bu addımın səbəblərini ictimaiyyətə açıqlasa və məsləhətləşsəydi daha yaxşı olardı" deyə əlavə edib.

 

Qeyd edək ki, İranda bir litr benzinin qiymətinin təxminən üç dəfə artması hökumət əleyhinə kütləvi etirazlara səbəb olub.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system