NAMAZ VAXTLARI:
  • FƏCR 03:34
  • GÜN 05:16
  • ZÖHR 12:38
  • ŞAM 20:20
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 221
Ayətullah Laricani ABŞ-ın ona sanksiya tətbiq etməsinə maraqlı münasibət bildirib

Ayətullah Laricani ABŞ-ın ona sanksiya tətbiq etməsinə maraqlı münasibət bildirib

“Allah bizim düşmənlərimizi axmaq kimi yaradıb. Amerikan və Tramp nədir ki onların sanksiyaları bizim kimiləri şəxsən mənim üçün də əhəmiyyət daşısın?! Trampın başçılıq etdiyi hakimiyyət dairəsi ki, irqçiliklə və qeyri-stabil ruhi vəziyyətlə tanınırlar həmişə məsxərə edilirlər. Onların heç bir dəyərli mövqeyi yoxdur. Amerikanın mənə sanksiya tətbiq etməsini özüm üçün iftixar bilirəm.”

İslaminSesi.info FarsNews-a istinadla xəbər verir ki, bunu İranın Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Sadiq Amuli Laricani deyib.

 

İranın Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Laricani bildirib ki İran ABŞ-ın son sanksiyalarının qarşısında sakit durmayacaq. Şəxsən özünə qarşı tətbiq edilən sanksiyaların onun üçün əhəmiyyət daşımadığını deyən Ayətullah Laricani  ölkənin müxtəlif qurumlarına və fiziki şəxslərinə tətbiq edilən son sanksiyalara görə rəsmi Tehranın da sakit qalmayacağını vurğulayıb.

 

O əlavə edib:

 

“Mənim şəxsi fikrim budur ki, ABŞ-ın bu sanksiya məsələsi mənim üçün fəxrdi. Düşünürəm ki, bu mənim tutduğum yolun düz olduğunu göstərir. Buna görə Amerikanın addımı mənim üçün əhəmiyyət daşımır. Mühüm budur ki İran İslam Respublikası iqtidarla müstəqillik yolunda addımlayır. Ölkə rəsmiləri də xalqa arxalanaraq həmişə mübarizə səhnəsindədirlər. Onların belə şeylərdən heç qorxusu yoxdu”

 

İran XİN bundan öncə verdiyi bəyanatda ölkənin Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Laricaninin "qara siyahı"ya salınmasını, bütün beynəlxalq qırmızı xətlərinin pozulması kimi qiymətləndirmişdi. İranı bunun cavabsız qalmayacağını vurğulamışdı.

 

ABŞ-ın Xəzinədarlıq Departamenti son addımda İranın 14 hüquqi və fiziki şəxsinə sanksiya tətbiq etmişdi.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system