NAMAZ VAXTLARI:
  • FƏCR 05:00
  • GÜN 06:22
  • ZÖHR 12:36
  • ŞAM 19:06
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Ayətullah Həmədani Hindistanı Kəşmirdəki hərbi mühasirəyə son qoymağa çağırdı

Oxundu: 495
Ayətullah Həmədani Hindistanı Kəşmirdəki hərbi mühasirəyə son qoymağa çağırdı

Ayətullah Hüseyn Nuri Həmdani Hindistanı zülm və ədalətsizliyə son qoyaraq bölgəyə tətbiq olunan hərbi mühasirəyə son verməyə çağırdı.

 

“İslaminSesi” xəbər verir ki, Ayətullah Həmədani Kəşmirdə baş verənlərə görə təəssüfləndiyini bildirərək, insan haqlarını müdafiə edən beynəlxalq təşkilatların səssizliyini qınayıb.

 

Hindistan hakimiyyətinin məzlum Kəşmir xalqına qarşı etdiyi zülmlərə işarə edən Ayətullah Həmədani bütün alim və ziyalıları zülmə etiraz etməyə səsləyərək bu cür sükütun Kəşmir əhalisi üçün daha böyük faciələrlə nəticələnəcəyini bildirib.

 

Hindistan hökümətinin bu cür davranışını pisləyən Ayətullah Həmədani, bildiridi ki, bu cür yanlış yol millətlərin və məzhəblərin müxtəlif olduğu Hindistan üçün daha da fikir ayrılığı yaradacaqdır, əksinə Hindistan insanlar arasında dinc yaşamağın mümkünlüyünü təmin etməlidir.

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system