NAMAZ VAXTLARI:
  • FƏCR 05:06
  • GÜN 06:26
  • ZÖHR 12:34
  • ŞAM 18:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Ayətullah Əraki Şeyx Zəkzaki ilə telefonla danışıb

Oxundu: 81
Ayətullah Əraki Şeyx Zəkzaki ilə telefonla danışıb

Ayətullah Əraki Nigeriya şiələrinin lideri, Hindistanda müalicədə olan Şeyx Zəkzaki ilə telefonla danışıb

 

"İslaminSesi" İslamazer.com-un İran mediasına istinadən verdiyi xəbərə görə bildirir ki,  İslami Məzhəblərin Yaxınlaşdırılması üzrə Ümumdünya Assambleyasının baş katibi bu gün səhərçağı Nigeriya İslam Hərəkatının baş katibi Şeyx İbrahim Zəkzaki ilə telefon söhbətində onun müalicə prosesi ilə tanış olub.

 

İslami Məzhəblərin Yaxınlaşdırılması üzrə Ümumdünya Assambleyasının baş katibi Ayətullah Mohsen Əraki bu telefon söhbətində Şeyx Zəkzakinin vəziyyətindən nigarançılıq edərək vurğulayıb ki, İran İslam Respublikası və İslami Məzhəblərin Yaxınlaşdırılması üzrə Ümumdünya Assambleyası onun müalicə prosesinə kömək üçün əllərindən gələni edəcəklər.

 

İslami Məzhəblərin Yaxınlaşdırılması üzrə Ümumdünya Assambleyasının baş katibinin sözlərinə görə, Şeyx İbrahim Zəkzakinin ruhiyyəsi çox yaxşıdır.

 

Nigeriya İslam Hərəkatının baş katibi Şeyx İbrahim Zəkzaki səhhətinin ağırlaşmasına gətirib çıxarmış dörd il ev dustaqlığına dözdükdən sonra bu ölkədəki bir məhkəmənin qərarı ilə müalicə kursu keçmək üçün bazar ertəsi günü axşam Hindistana yola düşüb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system