Ay tutulması baş verib - Ayət namazının vacib olma şərtləri və qılınma qaydası

Oxundu: 257
Ay tutulması baş verib - Ayət namazının vacib olma şərtləri və qılınma qaydası

2020-ci ilin ilk Ay tutulması başlayıb. N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən xəbərə görə, bu, yarımkölgəli Ay tutulmasıdır. Saat 21:08-də başlayan tutulma hadisəsi saat 01:12-də sona çatacaq. Tutulmanın maksimumu saat 23:11-də olacaq.

 

 

İslaminSesi.info- Namaz bir vacib əməl olaraq ilahi əmrdir. Allah Təala insanlardan namaz qılmağı istəyib. Bizə məlum olan budur ki, namaz həm insan həyatinin nizama salınmasında bir müqəddimədir (vasitə), yəni namazla insan həyati nizama düşür. Namaz bir çox edilməsi lazım olmayan işlərə mane olur. Həmçinin böyük mənəvi təsirə malikdir ki, bu mənəvi təsiri hiss edənlər bilir.

 

Namaz vacib və müstəhəb olaraq qisimlərə bölünür. Ayət namazı da bu vacib namazlardan biridir. Lakin bu namaz müəyyən hallarda insana vacib olur. Gündəlik namazlar kimi özünəməxsus vaxta malik deyil. Ayət namazı aşağıdakı hallarda insana vacib olur:

 

1-Günəş tutulanda

2-Ay tutulanda

3-Zəlzələ olanda

4-İldırım və şimşək, qara-qırmızı küləklər zamanı (bu o vaxt vacib olur ki, camaatın çoxsu qorxa).

 

Ayət namazının qılınma qaydası:Namzın qılınma qaydasına gəlincə isə bu namazı iki cür qilmaq icazəlidir.

 

Biri budur ki, insan niyyətdən sonra təkbir desin və bir Həmd və bir surəni tamam oxusun, rükuya getsin, rükudan qalxsın və yenidə bir Həmd və bir surə oxusun, sonra yenə rükuya getsin və rükudan qalxıb Həmd və surə oxusun. Beləliklə, bunu beş dəfə təkrarlasın, beşinci rükudan qalxandan sonra səcdəyə gedib iki dəfə səcdə etsin və ayağa qalxıb ikinci rəkəti də birinci rəkət kimi yerinə yetirsin, təşəhhüd oxusun və salam versin.

 

İkinci qaydası isə budur ki, insan niyyət, təkbir və Həmddən sonra, hər hansı kiçik bir surənin ayələrini beş yerə bölsün və oxusun.  Hər rəkətdəki 5 ədəd rükudan sonra yalnız qisimlərə böldüyü surənin ayələrini oxusun. Məsələn: «Fələq» surəsində birinci «Bismillahir-rəhmanir-rəhim». «Qul ə`uzu birəbbil-fələq» – desin və rükuya getsin, sonra qalxsın və desin: «Min şərri ma xələq» – təzədən rükuya getsin və rükudan sonra qalxsın və desin: «Və min şərri ğasiqin iza vəqəb». Yenidən rükuya getsin və qalxıb desin: «Və min şərrin-nəffasati fil-uqəd». Rükuya gedib, yenə də qalxıb desin: «Və min şərri hasidin iza həsəd». Ondan sonra beşinci rükuya getsin və rükudan qalxıb səcdəyə getsin. İki səcdəni edib təşəhhüd və salam deyərək namazı bitirsin.

 

Qeyd: Günəş və ay tutulması zamanı tutulmanın əvvəlindən axıra kimi namaz əda, tutulma bitdikdən sonar qılınarsa qəza niyyəti edilməlidir.

 

Əgər şəxs ayət namazının bir rəkətində beş dəfə Həmd və surə oxusa, o biri rəkətdə isə Həmdi oxuyub, surəni beş yerə bölsə, eybi yoxdur.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system