NAMAZ VAXTLARI:
  • FƏCR 06:31
  • GÜN 07:58
  • ZÖHR 12:37
  • ŞAM 17:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

AXCP fəalına 6 il həbs cəzası kəsildi

Oxundu: 218
AXCP fəalına 6 il həbs cəzası kəsildi

AXCP Gənclər Komitəsinin üzvü Orxan Baxışlıya 6 il həbs cəzası verildi. Sentyabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində Mahmud Ağalarovun sədrlik etdiyi hakimlər kollegiyası belə hökm çıxarıb.

Hökm elan olunmamışdan öncə O.Baxışlının vəkili Elçin Sadıqov çıxış edib. Cəbhəçi gəncə bəraət verilməsini istəyən vəkil bildirib ki, ittiham əsassızdır, O.Baxışlı təqsirsizdir.
 
Müdafiəçi deyir ki, əvvəla, Orxanın üzərində narkotik olmayıb: «Hətta narkotik olsaydı belə, ona satış ittihamı verilə bilməzdi. Ali Məhkəmənin qərarı var ki, narkotik ayrı-ayrı bükümlərdə olduqda bu, satışı ehtiva edə bilər. Orxanın üzərindən isə bir bükümdə narkotik tapıldığı iddia olunur».
 
Cinayət işinin materiallarında çoxsaylı qanun pozuntularının, ziddiyyətlərin olduğunu deyən vəkil çıxışının sonunda O.Baxışlı haqqında bəraət hökmü çıxarılmasını xahiş edib.(azadliq.org)

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system