ÖLKƏ

Oxundu: 75
Avtomobildə gizlədilən xeyli telefon və siqaret gömrükdə müsadirə olunub

Avtomobildə gizlədilən xeyli telefon və siqaret gömrükdə müsadirə olunub

Gürcüstandan qanunsuz gətirilən xeyli sayda mobil telefon və siqaret gömrükdə müsadirə olunub.

"İslaminSesi.info"  Trend-ə  istinadən verdiyi  məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

 

Baxış zamanı, həmin nəqliyyat vasitəsinin arxa buferinin içərisində 1 ədəd "X-inova", 7 ədəd "H-Mobile", 41 ədəd "Nokia" markalı mobil telefonlar, 150 ədəd yükləyici aşkarlanıb. Daha sonra avtomobilin yük yerində isə sağ və sol yan tərəf örtüyünün altında 1800 ədəd "Marlboro" adlı aksiz markasız siqaret aşkar edilib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system