NAMAZ VAXTLARI:
  • FƏCR 06:25
  • GÜN 07:52
  • ZÖHR 12:33
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Avtomobil parklanması ilə bağlı yeniliklər olacaq - VİDEO

Oxundu: 163
Avtomobil parklanması ilə bağlı yeniliklər olacaq - VİDEO

Bakıda avtomobillərin parklanması ilə bağlı bir sıra yeniliklər olacaq. Ən mühüm yeniliklərdən biri parklanmaya görə xidmət haqqının ödənilməsi ilə bağlıdır.

"İslaminSesi" “Xəzər xəbər”ə istinadən xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi bununla bağlı iş aparır.

 

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, gözlənilən yenliklərdən biri də parklanma yerlərinin zonalara uyğun olaraq bölünməsi olacaq.

 

Bundan başqa, ödənişlər nağdsız şəkildə həyata keçiriləcək. Həmçinin, gələn ildən Agentlik tərəfindən şəhərin müəyyən girişlərində elektron tabloların quraşdırılması planlaşdırılır. Bu tablolar vasitəsi ilə sürücülər ən yaxın parkinq və boş yerlər barədə məlumatlar əldə edə biləcəklər.

 

İş mərkəzlərində çalışanlar üçün də xüsusi güzəştlər nəzərdə tutulur.

 

Ərşad Hüseynov deyir ki, bu yeniliklərin tətbiqi paytaxtda nəqliyyat axınına müsbət təsir edəcək. /Modern.az/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system