NAMAZ VAXTLARI:
  • FƏCR 05:07
  • GÜN 06:27
  • ZÖHR 12:34
  • ŞAM 18:56
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 136
Avtomobil bazarında qiymətlər artıb

Avtomobil bazarında qiymətlər artıb

2018-ci ilin mayında Bakının avtomobil bazarında orta qiymət 30 208 manat təşkil edib.

 

İslaminSesi xəbər verir ki, bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, ekspert Nüsrət İbrahimov deyib.

 

Ekspertin sözlərinə görə, ötən ayla müqayisədə qiymətlər 11,4 faiz artıb.

 

N.İbrahimov bildirib ki, may ayında ümumilikdə 2 134 avtomobil satışa çıxarılıb:

 

“Ötən ayla müqayisədə avtomobil bazarında təkliflər portfeli 5,17 faiz artıb. Satışa çıxarılan avtomobillərin 86,27 faizi benzin mühərrikli avtomobillərdir. Bu kateqoriyalı avtomobillərin orta qiyməti 30 195 manat təşkil edib.

 

Dizel mühərrikli avtomobillər bazarın 13,73 faizini təşkil edib, orta qiymət isə 30 290 manat olub. Avtomat sürət qutusu ilə olan avtomobillərin payı 71,93 faiz, orta qiyməti 38 023 manat, mexaniki sürət qutusu olan avtomobillərin payı 28,07 faiz, orta qiyməti 10 180 manat təşkil edib”.

 

Ekspert bildirib ki, aprel ayında bazardakı avtomobillərin orta yürüş göstəricisi 171,66 min kilometr təşkil edib ki, bu göstərici ötən ayla müqayisədə 8,62 faiz az olub. Avtomobillərin orta yaşı 12 il olub.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system