NAMAZ VAXTLARI:
  • FƏCR 05:59
  • GÜN 07:22
  • ZÖHR 12:25
  • ŞAM 17:44
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Avtobus qəzasında ağır yaralanan Novruzu səhv əməliyyat ediblər - VİDEO

Oxundu: 51
Avtobus qəzasında ağır yaralanan Novruzu səhv əməliyyat ediblər - VİDEO

Üç saylı Sabunçu Xəstəxanası oktyabrın 1-də Bakıda 160 nömrəli sərnişin avtobusunun qatarla toqquşması nəticəsində yaralanan Novruz Salmanovun ayağının səhv əməliyyat edilməsi iddiasına cavab verib.

Xəstəxanasının reanimasiya şöbəsinin müdiri Namiq Dəmirçiyev  açıqlamasında bildirib ki, qəza zamanı xəstəxanaya gətirilən hər bir xəstə müayinə edilib və müalicələr aparılıb:

 

“1997-ci il təvəllüdlü Novruz Salmanov oktyabrın 1-də, saat 15:20-də xəstəxanaya gətirilib. Qapalı-kəllə beyin, döş qəfəsinin və qarının travması, bədənin müxtəlif nahiyələrində sümüklərin sınığı, dalağın partlaması, daxili qanaxma, qaraciyərin cırılması diaqnozu qoyulub. Xəstə cərrahi əməliyyata alınıb.

 

Qarın boşluğu tikilib, dalağı çıxarılıb. Beş gün reanimasiya şöbəsində saxlanılıb. Daha sonra ailəsi xəstəni öz istəyi ilə xəstəxanadan çıxarıb. Xəstənin ayağı bizim xəstəxanada əməliyyat edilməyib. Əməliyyatın hansı xəstəxanada aparılmasına dair məlumatımız yoxdur”.

 

Namiq Dəmirçiyev qeyd edib ki, xəstə xəstəxanaya gətirilən zaman vəziyyəti ağır olub:

 

“Xəstəxanada Novruz Salmanovun sağlamlığı üçün bütün zəruri tədbirlər görülüb”.

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system