NAMAZ VAXTLARI:
  • FƏCR 03:47
  • GÜN 05:28
  • ZÖHR 12:47
  • ŞAM 20:25
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 166
Avtobus biletlərinin onlayn satışı ilə bağlı yenilikler

Avtobus biletlərinin onlayn satışı ilə bağlı yenilikler

Sərnişinlərin onlayn rejimdə daha uzun müddətli dönəm üçün və hər iki istiqamətdə (gediş və dönüş) bilet əldə etməsi prosesinin reallaşdırılması “Avtomobil nəqliyyatı-yeni tənzimləmə konsepsiyası” layihəsinin əsas tərkib hissəsidir.

 

İslaminSesi bildirir ki, bunu Modern.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) sektor müdiri Nuridə Allahyarova bildirib.

 

DANX rəsmisinin sözlərinə görə, hazırda şəhərlərarası və beynəlxalq sərnişin daşımada iştirak edən avtobusların yola salınma prosesi və onlayn bilet satışı avtomatlaşdırılıb, mərkəzi məlumat bazası mövcuddur:

 

“Sərnişin onlayn rejimdə beynəlxalq internet şəbəkəsi vasitəsilə reysə 10 gün qalmış gedəcəyi istiqamətdə bilet əldə edə bilər. Bu məqsədlə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) “Vahid elektron bilet” proqram təminatı üzərində təkmilləşdirmə işlərinə başlayıb”.

 

Sektor müdiri bildirib ki, bu layihənin nəticəsi olaraq şəhərlərarası sərnişin daşımalarında on-line dispetçer xidməti vasitəsilə hər iki istiqamətə on-line bilet satışı mümkün olacaq.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system