NAMAZ VAXTLARI:
  • FƏCR 03:38
  • GÜN 05:18
  • ZÖHR 12:37
  • ŞAM 20:16
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Avstriyada HİCAB QADAĞASI konstitusiya statusunu qazana bilmədi

Oxundu: 53
Avstriyada HİCAB QADAĞASI konstitusiya statusunu qazana bilmədi

Avstriya Milli Şurası ibtidai sinifdə oxuyan qızlara hicabı qadağan edən qanuna səs verib.

İslaminSesi-nin RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu haqda Die Presse qəzeti yazır.

 

Səsvermə dünən axşam keçirilib, qadağa koalisiya hökumətinə daxil olan Avstriya Xalq Partiyası və Avstriya Azadlıq Partiyası tərəfindən dəstəklənib.

 

Tibbi sarğılar və papaqlar istisnadır.

 

Qeyd olunur ki, qadağa yəhudi papağı (kipa) və sikxlərin papağına (patka)  aid edilmir. Söhbət "başı və saçları tamamilə bağlayan geyimlər"dən (hicabdan) gedir.

 

Qanun səslərin üçdə ikisini toplaya bilməyib və konstitusiya statusunu qazanmayıb.

 

Xatırladaq ki, 2018-ci ilin noyabrında Avstriya parlamenti uşaq bağçalarında hicabı qadağan etmişdi.

 

2017-ci il tarixindən isə Avstriyanın ərazisində ictimai yerlərdə üzü tamamilə bağlayan müsəlman geyimi (niqab), eləcə də qeyri-bayram günündə maskarad maskaları və həkim göstərişi olmadan tibbi maskalardan istifadə etmək qadağandır.

 

Qanunu pozanları 150 avroda cərimə gözləyir, hüquq-mühafizə orqanlarının göstərişlərinə yerində tabe olmayanlar isə polis bölməsinə aparılacaq.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system