Avstraliyadakı meşə yanğınları 4 ay sonra nəzarət altına alındı

Oxundu: 48
Avstraliyadakı meşə yanğınları 4 ay sonra nəzarət altına alındı

Avstraliyada ötən ayın sentyabrından etibarən başlayan meşə yanğınlarını nəhayət dünən nəzarət altına almaq mümkün olub.

İHA xəbər verir ki, bu barədə Avstraliyanın Yeni Şimali Uels əyalətinin Meşə Yanğınları Servisindən məlumat verilib.

 

Bildirilib ki, ötən həftə yağan güclü yağışlar yanğınların nəzarət altına alınmasına kömək edib.


Məlumata görə, Yeni Şimali Uels əyalətində ümumilikdə 11 mindən çox yanğın ocağı qeydə alınıb. Nəticədə 5,4 milyon hektarlıq ərazi və 2400 ev yanıb. 25 nəfər ölüb, milyonlarla heyvan tələf olub./BAKU.WS/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system