NAMAZ VAXTLARI:
  • FƏCR 05:03
  • GÜN 06:25
  • ZÖHR 12:35
  • ŞAM 19:01
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Avropa Şurası Vaşinqtona qarşı – Rusiyanın bu qurumdakı önəmi artır

Oxundu: 1004
Avropa Şurası Vaşinqtona qarşı – Rusiyanın bu qurumdakı önəmi artır

Aydın Xan Əbilov: “Ailənin bir üzvü xəstədirsə və yaxud küsüb gedirsə, bu, əvvəl-axır həmin ailənin özünün inkişafına mənfi təsir göstərəcək”

 

Avropa Şurasının Rusiyanın üzərinə 2014-cü ildə qoyulan sanksiyaları götürməyə hazırlaşdığı barədə xəbərlər Rusiyaya əleyhdarlarını narahat etməyə başlayıb. Onlar   bu addımın olduqca təhlükəli presedent yaradacağını qeyd edirlər. Rusiya nümayəndələrinin yenidən parlamentin iclaslarına qayıtmaq niyyəti ilə bağlı açıqlamalarından sonra qurumun iclasının Rusiya nümayəndələrinin iştirakının təmin olunmasından ötrü  iki gün sonraya, yəni 26 iyuna qədər təxirə salındığı deyilir.

 

Rusiyaya qarşı çıxanların fikrincə, AŞPA sanksiyaları iqtisadi bir çərçivəsi olmadığına görə kənardan heç br əhəmiyyət daşımayan tədbir kimi görünsə də sanksiyaların götürülməsi, əsas vəzifəsi insan hüquqlarının və qanunun aliliyinin təmin edilməsi olan bir təşkilat üçün olduqca zərərverici nəticələrə səbəb olacaq.

 

Xatırlatma üçün qeyd edək ki, Rusiya 2016-cı ildən bəri öz nümayəndələrini Strasburqa göndərməkdən imtina edib. Rusiya həmçinin, təşkilatın illik büdcəsinin 7%-ni təşkil edən məbləği, daha doğrusu, 33 milyon avronu kəsib. Kremlin bununla Avropa Şurasını olduqca çətin vəziyyətə saldığı söylənilir.

 

Maraqlıdır, 2016-cı ildən öz nümayəndələrini Strasburqa göndərməkdən imtina edən Rusiyanın Avropa Şurasındakı önəmi nədən ibarətdir? Avropa Şurasız Rusiyanı və Rusiyasız Avropa Şurasını necə təsəvvür etmək olar?

 

Məsələ ilə bağlı "İslamınsəsi"nə açıqalma verən Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, İctimai Nəzarət Koalisiyasının baş katibi, sosioloq Aydın Xan Əbilovun sözlərinə görə, son 20 ildə dünya sürətlə qloballaşmaqdadır. İstər xalqların, istər fərdlərin, istər cəmiyyətlərin, istərsə də ölkə və dövlətlərin bu qloballaşma prosesində həm mövqeyi, həm təsiri, həm də yeri böyükdür: “Sözsüz ki, Avropa Şurası-Rusiya münasibətləri bu baxımdan qloballasan dünyanın əhəmiyyətli hadisələrindən biridir.  Rusiya superdövlətdir. Onun həm yeraltı sərvətləri, həm ərazisinin genişliyi, həm əhalisinin çoxluğu, eyni zamanda nüvə dövləti olması istər dünyada, istər AŞ-da bu ölkənin yerini və mövqeyini əsaslandırır. Rusiyanın Avropa Surasında olması Avropa dəyərlərinin, dünyanın sivil, demokratik dəyərlərinin bu ölkəyə təsir etməsi baxımından əhəmiyyətlidir. Bu dolayısı ilə Azərbaycana də təsir edir. Çünki ümumi sayı 10 milyona yaxınlaşan azərbaycanlılar üçün Rusiya önəmli ölkədir. Həm qonşi dövlətdir, həm də həmvətənlərimiz üçün strateji əhəmiyyəti çox böyükdür”.

 

Müsahibimizin qənaətinə görə, Avropa Şurasına daxil olan ölkələrə Rusiyanın təsiri də xeyli çoxdur. Çünki ən azından rus qazı ilə qışını keçirən Avropa İttifaqı ölkələrini düşünək. Yaxud Çin, Uzaq Şərq ölkələri ilə Avropanın nəqliyyat sektorunun birləşməsində, eyni zamanda İran, Türkiyə, digər Şərq ölkələri ilə AŞ münasibətlərinin inkişafında Rusiyanın cox böyük geosiyasi təsirləri var: “Avropa Şurası dünyanın aparıcı ölkələrinin birləşdiyi bir ailədir. Bu ailənin bir üzvü xəstədirsə və yaxud küsüb gedirsə, bu, əvvəl-axır həmin ailənin özünün inkişafına mənfi təsir göstərəcək. Bu baxımdan, Rusiya AŞ-da mövcudluğunu bərpa etməli, Avropa Şurası da Rusiya ilə münasibətdə şıltaqlıq etməməli və bu ölkənin özünəməxsus xüsusiyyətlərini nəzərə almalıdır”.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system