NAMAZ VAXTLARI:
  • FƏCR 06:31
  • GÜN 07:58
  • ZÖHR 12:37
  • ŞAM 17:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Avropa Məhkəməsi Şeyx Sərdarın işinə start verdi

Oxundu: 296
Avropa Məhkəməsi Şeyx Sərdarın işinə start verdi

Vəkil Cavad Cavadov: Avropa İnsan Hüquqları Konvensiyasının maddələrinin pozulması ilə bağlı hökumətə suallar ünvanlanıb

Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin şikayəti üzrə prosesə start verib. 


İslaminSesi Bu barədə Maide.Az-a Şeyx Sərdarın vəkili Cavad Cavadov məlumat verib.

Onun sözlərinə görə, məhkəmə kommunikasiyaya prosesinə başlayıb. “Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan hökumətinə Şeyx Sərdar Hacıhəsənlinin işi üzrə Avropa İnsan Hüquqları Konvensiyasının pozulmuş maddələri ilə bağlı sualalr ünvanlayıb.

Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasının 3 (işgəncələrin qadağan edilməsi), 5.1, 5.3, 5.4 (azadlıq və toxunulmazlıq hüququ), 6.2 (təqsirsizlik prezumpsiyası), 9 (fikir, vicdan və din azadlığı), 10 (fikri ifadə etmək azadlığı), 11 (yığıncaqlar və birləşmək azadlığı), 14 (ayrı seçkiliyin qadağan olunması) maddələrinin pozulmasını əsas gətirərək hökumətdən bununla bağlı açıqlama tələb edib.

Ümid edirik, Hacı Sərdar tezliklə vaxtından əvvəl azad olunar.”

Qeyd edək ki, Şeyx Sərdar Hacıhəsənlinin 22 fevral 2017-ci il tarixdə ilkin həbsi, həbslərin uzadılması ilə bağlı şikayətlər də Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib.

Xatırladaq ki, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənli (Sərdar Babayev) Masallı rayon Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 168.1.1.3 maddəsi ilə ( yəni sadəcə imam cümə olduğuna və xütbə söylədiyinə görə) üç il müddətinə azadlıqdan məhrum edilib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system