Avropa Birliyi dağılacaq, kataklizmlər “qoca qitə”ni sarsıdacaq: İqtisadi böhran bütün dünyanı bürüyəcək

Oxundu: 152
Avropa Birliyi dağılacaq, kataklizmlər “qoca qitə”ni sarsıdacaq: İqtisadi böhran bütün dünyanı bürüyəcək

Dünyada maraqlı proseslərin cərəyan etdiyi müşahidə edilir. Belə ki, dünyanın siyasət məkanında əsas söz sahibi olan supergüclər arasında hesablaşma cəhdləri açıq-aşkar nəzərə çarpır. Və bu hesablaşma cəhdləri iştirakçı tərəflərlə yanaşı, həm də bütün dünya üçün ciddi problemlər yaratmağa başlayıb.

Məsələ ondadır ki, Çində baş verən koronavirus epidemiyası artıq tibbi məzmun daşıyan fəlakət həddini aşaraq, dünyanın bu nəhəng dövləti üçün real təhlükəyə çevrilməkdədir. Çünki hazırda koronavirus yalnız sadə çinlilərin həyatını deyil, ümumiyyətlə, Çin iqtisadiyyatını təhdid edən faktor rolunu oynamağa başlayıb.
 
Hər halda, bu virusun bioloji silah olduğu ilə bağlı iddialar son vaxtlar daha inandırıcı görüntülər alıb. Halbuki hələlik bu iddiaların doğruluğunu təsdiqləyəcək sübutlar ortaya çıxarılaraq, beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmayıb.
 
Ancaq bu virus bioloji silah olsa da, olmasa da Çin iqtisadiyyatına sarsıdıcı zərbələr vurduğu artıq inkaredilməz reallıqdır. Bəzi məlumatlara görə, Çin iqtisadiyyatının koronavirus epidemiyası ucbatından üzləşdiyi zərərin onmilyardlarla dollar məbləğində olduğu ehtimal edilir.
 
Bütün bunlara əsasən də Çinin bioloji silah tətbiqi ilə bioloji savaşa məruz qaldığı barədə ehtimallar mövcuddur. Və bu bioloji savaşın arxasında Çinin sürətli iqtisadi yüksəlişindən, eləcə də beynəlxalq siyasət məkanında öz mövqelərini ciddi şəkildə möhkəmləndirərək, yaxın gələcəkdə dünyanın əsas superdövlətinə çevrilmə ehtimalından narahat olan güc mərkəzlərinin ola biləcəyi güman edilir.
 
Картинки по запросу "ABŞ-Çin savaşı"
 
Ancaq dünyada cərəyan edən yeganə beynəlxalq hesablaşmanın Çinin ətrafında cərəyan etdiyini düşünmək də müəyyən mənada sadəlövhlük olardı. Hər halda, beynəlxalq siyasət məkanında maliyyə-iqtisadi, ticari və hərbi-siyasi maraqları kəskin şəkildə toqquşan güc mərkəzləri kifayət qədərdir. Və həmin güc mərkəzlərinin sarsıdılaraq, zəiflədilməsi məqsədilə onların vaxtaşırı hədəfə alınması gözlənilməz proseslər sırasına daxil deyil.
 
Təbii ki, hədəfə alınan belə güc mərkəzlərindən biri də məhz Avropa Birliyi hesab olunur. Və Avropa Birliyinin əsas beynəlxalq rəqinin isə ABŞ olduğu qətiyyən şübhə doğurmur.
 
Məsələ ondadır ki, Avropa Birliyinin son illərdəki yüksəlişi ABŞ-ın iqtisadi və siyasi maraqlarına qətiyyən cavab vermir. Çünki Avropa Birliyi struktur təmərküzləşməsini proqressivləşdirdikcə “qoca qitə” ərazisində yeni vahid iqtisadi məkanın formalaşmasına nail ola bilib. Və zaman ötdükcə, proqres dərinləşdikcə, Avropa Birliyi “qoca qitə”ni “qapalı bazar” istiqamətinə doğru götürməyə çalışır.
 
Maraqlıdır ki, Avropa Birliyinin sərhədlərini cızdığı vahid iqtisadi məkanın öz qanunları və hədəfləri mövcuddur. Əsas hədəf ABŞ başda olmaqla, digər dünya dövlətlərini bu iqtisadi məkandan tamamilə sıxışdırıb, çıxartmaqdır.
 
Yəni bu qurumun ideoloqları və strateqləri hesab edirlər ki, Avropa ticarət məkanı yalnız “qoca qitə” dövlətlərinə aid olmalıdır. Və bu məkanda başqa ölkələrin ticarət faydalanması yolverilməzdir.
 
Картинки по запросу "rusiya neft bazarı"
 
Təbii ki, müasir dünyanın şərtləri çərçivəsində bu hədəfə qısa müddətdə nail olmaq qətiyyən mümkün deyil. Çünki Avropa məkanının sahib olmadığı və ehtiyac duyduğu məhsullar da mövcuddur.
 
Ona görə də Avropa iqtisadi məkanına hazırda ən rahat yol tapa bilən dövlət məhz Rusiya hesab olunur. Belə ki, yetərli enerji resurslarına sahib olmayan Avropa Birliyi dövlətləri Rusiyanın təklif etdiyi təbii qaza və neft məhsullarına öz “qapılar”ını açmaq məcburiyyətindədir.
 
Əks halda, yarana biləcək enerji böhranı Avropa Birliyinin son illərdə nail olduğu iqtisadi inkişafı ciddi şəkildə təhdid edə bilər. Hətta enerji böhranı Avropa iqtisadi məkanını böhran bataqlığına sürükləyə biləcək qədər təhlükəli amil hesab olunur. Bu isə Rusiyaya Avropa iqtisadi məkanına enerji resursları üzərindən daxil olmaq imkanları yaradır.
 
Ancaq Avropa Birliyi dövlətlərinin ehtiyac duyduğu digər məhsullar da var. Və bu qurum həmin məhsulların Avropa iqtisadi məqanına daxil olmasına razılıq verməm üçün xüsusi keyfiyyət standartları müəyyənləşdirib. Yəni həmin yüksək keyfiyyət standartlarına uyğun gəlməyən məhsullar, hansı ölkə tərəfindən istehsal edilməsinə baxmayaraq, Avropa “bazar”ına daxil ola bilməz.
 
Картинки по запросу "avropa birliyi abş"
 
Şübhəsiz ki, Avropa Birliyinin belə yüksək ticari keyfiyyət standartları tətbiq etməsi dünyanın bir çox inkişaf etmiş dövlətinə, o cümlədən də, ABŞ-a ciddi problemlər yaradır. Həmin keyfiyyət standartları ucbatından ABŞ və digər inkişaf etmiş ölkələrin Avropa “bazar”ındakı fəlaiyyət imkanları ciddi şəkildə məhdudlaşdırılmış duruma düşüb. Və bu reallıq ABŞ başda olmaqla, bir çox dünya dövlətini onmilyardlarda dollar gəlirdən məhrum buraxır.
 
Digər tərəfdən, Avropa Birliyinin iqtisadi inkişaf səviyyəsi ABŞ-a beynəlxalq siyasət məkanında da ciddi problemlər yaradır. Belə ki, bu qurum daxilində iqtisadi güc qazanmaqda olan əksər Avropa dövlətləri ABŞ-dan asılılığı minimuma endirməyə nail olmaqdadırlar.
 
Bu isə həmin ölkələri ABŞ-ın beynəlxalq hegemoniyasını şübhə altına almağa cəsarətləndirir. Nəticədə ABŞ beynəlxalq siyasət məkanında öz maraqlarını təmin etməyə çalışarkən Avropa dövlətlərini müttəfiqləri sırasına daxil etməkdə çətinlik çəkdiyindən, Ağ Evin manevr imkanları daralmış olur.
 
Təbii ki, bütün bunlar Ağ Evin Avropa Birliyini potensial müttəfiqdən daha çox real beynəlxalq rəqib statusunda qəbul etməsinə səbəb olur. ABŞ isə məhz Avropa Birliyi kimi iqtisadi-siyasi gücə sahib rəqibinin olmasından qətiyyən məmnun deyil.
 
Ona görə də, Ağ Ev Avropa Birliyinin zəiflədilərək, beynəlxalq siyasət məkanından silinməsində birbaşa maraqlıdır. Və ABŞ-ın bu hədəfin reallaşdırılması istiqamətində müəyyən addımlar atmağa çalışması inkaredilməz reallıqlar sırasına daxildir.
 
Картинки по запросу "Avropa Birliyi bazarı"
 
Maraqlıdır ki, “Brexit” prosesinin məhz ABŞ yararına olduğu artıq heç kəs tərəfindən müzakirə və mübahisə mövzusu hesab edilmir. Belə ki, “Brexit” Avropa Birliyinə vurula biləcək ən sarsıdıcı zərbənin ssenarisi kimi diqqəti çəkir.
 
Məsələ ondadır ki, Böyük Britaniya beynəlxalq siyasət arenasında ABŞ-ın iki ən yaxın strateji müttəfiqindən (digəri İsraildir) biridir. Rəsmi London xarici siyasət kursunda ABŞ-ın maraqlarıyla ziddiyyət yarana biləcək bütün məsələləri Ağ Evlə məsləhətləşir. ABŞ-ın beynəlxalq strateji planlarındasa, Ağ Evin yanında yer alır.
 
Eyni zamanda Böyük Britaniya Avropa Birliyinin üç əsas aparıcı dövlətindən (digərləri Almaniya və Fransadır) biridir. Böyük Britaniya, Almaniya və Fransa Avropa Birliyinin bütün yükünü öz çiyinlərində çəkirlər və bu qurumun qəbul etdiyi qərarlarda mütləq siyasi iradəyə sahibdirlər.
 
Bu baxımdan, Böyük Britaniyanın Avropa Birliyini tərk etməsi bu qurumun sadəcə, sarsıdılması deyil, həm də yaxın gələcəkdə ümumiyyətlə, süquta uğradılmasında başlanğıc addım hesab edilir. Yəni Böyük Britaniyanın Avropa Birliyini tərk etməsi bu qurum üçün sözün əsl mənasında, sonun başlanğıcı ola bilər.
 
Təbii ki, Böyük Britaniyanın Avropa Birliyini tərk etməsi birmənalı şəkildə ABŞ-ın strateki maraqlarına cavab verir. Hətta bəzi ehtimallara görə, rəsmi Londonun Avropa Birliyindən üz çevirməsində Ağ Evin israrlı təlqinlərinin birbaşa rolu olub. Və Böyük Britaniya əhalisi arasında keçirilən referendumla da artıq təsdiqlənmiş “Brexit” qərarının icrası artıq son mərhələyə qədəm qoyub.
 
Картинки по запросу "iqtisadi böhran"
 
Avropa Birliyinin gələcəyinə yönəlik proqnozlarda “Brexit” qərarının rolu ön planda tutulur. Həmin proqnozlara görə, Böyük Britaniyanın Avropa Birliyini tərk etməsindən sonra bu qurumun çökməsi qaçılmaz xarakter daşıyacaq. Çökmə prosesi öncə işlək siyasi ifrastruktur və sistemin, eləcə də hüquqi mexanizmlərin çat verməsiylə başlayacaq.
 
Ardınca dağılma prosesinin Avropa Birliyinin maliyyə-iqtisadi sferasına sıçrayacağı ehtimal olunur. Və bu sferada dağılma prosesi daha sürətli xarakter almaqla, qısa müddətdə Avropa Birliyi məkanında maliyyə və iqtisadi böhran yaradacaq.
 
Avropa Birliyi daxilindəki maliyyə-iqtisadi böhran növbəti mərhələdə üzv dövlətlərin iqtisadiiyyatlarına sıçrayacaq və bu, bütün “qoca qitə”nin böhrana düçar olmasına yol açacaq.
 
Təbii ki, proqnozlar Avropanı öz ağuşuna almış maliyyə-iqtisadi böhranın ən son mərhələdə bütün dünyaya yayıla biləcəyinə işarə edir. Bu isə “Brexit”in yalnız Avropa Birliyinə deyil, ümumiyyətlə, bütün dünya üçün maliyyə-iqtisadi, siyasi-hüquqi və sosial kataklizmlər vəd etdiyi anlamına gəlir.
 
Maraqlıdır ki, bu proqnozların əksini ehtimal edənlər də var. Belə ehtimallara görə, “Brexit”dən sonra Avropa Birliyində doğrudan da qısamüddətli sarsıntılar yaşana bilər. Ancaq həmin sarsıntılar “Brexit” sonrasında Avropa Birliyinin yenidən strukturlaşması və təmərküzləşməsi nəticəsində zərərsizləşdirilərək, arxa plana keçiriləcək.
 
Təbii ki, bu iki bir-birinə zidd proqnozdan hansının doğrulacağı Böyük Britaniyanın Avropa Birliyini tərk etməsindən sonra aydınlaşmağa başlayacaq.(musavat.com)

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system