NAMAZ VAXTLARI:
  • FƏCR 05:36
  • GÜN 06:56
  • ZÖHR 12:25
  • ŞAM 18:11
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

“Ateistliyi və bütpərəstliyi təbliğ etsəydim belə olmazdı” – Şeyx Sərdar Hacıhəsənli

Oxundu: 1639
"

Bu gün Ali Məhkəmədə Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin (Babayev) həbsindən verilən kassasiya şikayətinə dair sonuncu məhkəmə prosesi keçirilib

Məhkəmə hakim Gülzar Rzayevanın sədrliyi ilə baş tutub. 


İslaminSesi xəbər verir ki, prosesdə Şeyx Sərdar Hacıhsənlinin özü də iştirak edib.

 

Məhkəmədə çıxış edən Şeyx Sərdar Hacıhəsənli bildirdi ki, həbsinin ilk günündən keçirilən bütün məhkəmə proseslərində vəsatətlərin bir çoxu haqsız yerə təmin edilmədi: “Müstəntiqdən həbsimin səbəbini soruşduqda bildirdi ki, cümə namazı qıldığına və cümə xütbəsi söylədiyinə görə səni həbs etmişik. Açıq deyim ki, heç bu məhkəmədən də xüsusi bir gözləntim də yoxdur. Əgər ateistliyi və bütpərəstliyi təbliğ etsəydim bəlkə də məni həbs etməyəcəkdilər.”

 

Şeyx Sərdar Hacıhəsənli çıxışı zamanı onu da əlavə edib ki, onun həbsi ilə bağlı bütün faktlar, şahidlər və sənədlərin hamısı saxtalaşdırılıb: “Şahidlərin izahatları ilə dedikləri söz üst-üstə düşmürdü. ”

 

Sonra vəkil Cavad Cavadov müvəkkilinin azad edilməsinə və ona qarşı verilən məhkəmə hökmünün ləğvinə dair hüquqi arqumentlərlə çıxış edərək bir neçə vəsatət təqdim etdi. Məhkəmə verilən vəsatətləri təmin etmədi və bundan öncəki məhkəmə instansiyalarının qərarını qüvvədə saxladı.


Qeyd edək ki, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin (Sərdar Babayev) Masallı rayon Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 168.1.1.3 maddəsi ilə ( yəni sadəcə imam cümə olduğuna və xütbə söylədiyinə görə) üç il müddətinə azadlıqdan məhrum etməyə dair hökmünün dəyişdirilmədən saxlanılmasına dair Şirvan Apellyasiya Məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli qərarından kassasiya şikayəti verilmişdi.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system