NAMAZ VAXTLARI:
  • FƏCR 05:03
  • GÜN 06:25
  • ZÖHR 12:35
  • ŞAM 19:01
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Ateist professor səhvini etiraf etdi: Materiyanın heç nədən yaranması mümkün deyil

Oxundu: 206
Ateist professor səhvini etiraf etdi: Materiyanın heç nədən yaranması mümkün deyil

Müstəqil elm adamlarından ibarət alimlər qrupu Allahın mövcudluğunu sübut etdiklərini bildirib.

İslaminSesi - Teleqraf.com xəbər verir ki, fəlsəfə professoru Entoni Flyu çıxışı zamanı dünya ictimaiyyətini şoka salıb. O, əvvəllər kainatın ilahi mənşəyini inkar etməkdə səhvə yol verdiyini deyib.


Elmi ateizmin dayağı olan alim canlı materiyanın heç nədən yaranmasının mümkün olmadığını, ancaq DNT molekulunun mürəkkəb quruluşunun onun üzərində işlənildiyinə sübut olduğunu, bunun təsadüfən yaranmadığını söyləyib.


E.Flyudan əvvəl isə 2019-cu ildə Templton Mükafatının qalibi olan ingilis fiziki Martin Con Ris bu qənaətə gəlib. Beynəlxalq Nəzəri və Tətbiqi Fizika İnstitutunun direktoru Anatoli Akimov da Allahın varlığının elmi metodlarla sübut olunduğunu deyib.


Üstəlik, qədim dövrlərdə bir çox elm adamı Allahın varlığını inkar etmirdilər. Məsələn, məşhur fizik İsaak Nyuton mexanika qanunlarını Allahın qanunları əsasında yaratdığını söyləyib.


P.S. Baxın, indi iş nə yerdədir ki, elmi(?) ateizmin banisi olan professor, Allahın mövcudluğunu etiraf etmək zorunda qalıb. Belə düşünən Qərb mütəfəkkirlərinin sayı getdikcə artmaqdadır. Təlatümlü dəniz kimi çalxalanan dünyanı, bəşər cəmiyyətini kataklizmlərin cəngindən xilas edə biləcək yeganə vasitə də Yaradanın mövcudluğunun küll halında qəbul edilməsindədir. Görünür, uzun zaman imperialist siyasətin qurbanı olan, hətta bəzi hallarda kəşflərin istiqamətini də imperialistlərin diktəsi ilə yönləndirən Qərb mütəfəkkirləri indi bunu daha çox anlamaqdadırlar. (İslaminSesi)

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system