NAMAZ VAXTLARI:
  • FƏCR 03:45
  • GÜN 05:26
  • ZÖHR 12:47
  • ŞAM 20:27
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ARAŞDIRMA

Oxundu: 1686
Atatürkün Türkiyədə İslama qarşı həyata keçirdiyi dəhşətli cinayətlər - VİDEO

Atatürkün Türkiyədə İslama qarşı həyata keçirdiyi dəhşətli cinayətlər - VİDEO

"Fəsin yerini qərb geyimi olan şapka və ya panama aldı. Beləliklə panamanın enli yanları Kəbəyə doğru ibadət edənlərə mane olacaqdı".

İslaminSesi bildirir ki, BBC arxivlərindən 1965-ci ildə Türkiyədən çəkilmiş bir verlişdə İslamın kökünü baltalamaq istəyənlərin aqibətindən bəhs olunur.

 

“Islam dünyasında gündə 5 dəfə səslənən bu azan Allahdan başqa İlah olmadığını və Məhəmmədin onun rəsulu olduğunu söyləyir. Müəzzinlər bu səslə möminləri namaza çağırırlar. Yaxşı müsəlmanlar bu çağrışa qulaq verirlər. Çünki bu İslamda ibadətin təməllərindən biridir. Yaxın Şərqdən Asiyaya , Avropaya, Afrikaya, hətta Amerikaya yayılmış İslam insanlardan tələbləri olan bir dindir. Ancaq namaz qılmaq İslam dinin tələblərindən yalnız biridir. Bu dinin riayət olunması tələb olunan bir çox qaydaları vardır. İslam sadəcə olaraq insan ağlını şəkilləndirmir, həm də insanlara həyat tərzi qaydalarını və necə yaşamağı söyləyir.

 

İnsanlar bu dinlə sadəcə olaraq necə ibadət edəcəklərini deyil, həm də evlərini necə quracaqlarını, həyat yoldaşlarına necə davranacaqlarını, asqıranda nə deyəcəklərini, qoyunlarını necə qurban edəcəklərini, mirasdan uşaqlarına nə qədər pay ayıracaqlarını, saqqalarını necə kəsəcəklərini, hətta kəfənlərinin nə rəngdə olacağını da müəyyənləşdirirlər. Ancaq burada İslamın qılıncı olaraq bilinən Türkiyədə, 500 məscidin göyə yüksəldiyi İstanbulda bu böyük inancın ənənələri bir nəfər tərəfindən yerlə-yeksan edildi. Bu millətin istiqamətini özünə məxsus bir tərzlə XX əsrdə qərb dünyasına çevirməyə çalışan bir adam – Mustafa Kamal Atatürk tərəfindən edildi. Türklərin Atatürk deyə adlandırdıqları ölkəsinin çevrilişinə liderlik edərək respublika elan edən şəxs idi. Atatürk dinin 1920-ci illərdə böyük inkişafın qarşısında maneə olmasını istəmirdi. Onun fikrincə din adamları ayağa bağ olmamalıydı. Bir çox inqilabi qərarların arasında ən radikalı xəlifəliyin ləğv olunması idi. Bu Roma papalığını və ya İngiltərə Baş psikoposluğunu ləğv etmək kimi bir hadisə idi.

 

Amma o buna nail oldu. Şəxsiyyətinin verdiyi qüdrətlə bunu reallaşdıra bildi. Bunu etdi, amma bu o qədər asan olmadı. Müqəddəs dinin dili olan ərəbcəni istifadəsini dayandırdı. Bu dil sadəcə olaraq qədim abidələrin üzərində qaldı. İslami geyimi qadağan etdi. Fəsin yerini qərb geyimi olan şapka və ya panama aldı. Beləliklə panamanın enli yanları Kəbəyə doğru ibadət edənlərə mane olacaqdı. Kişilərin uzun paltar əvəzinə kostyum geyinməsini təşkil etdi. Müsəlman xanımların üzünü örtən rübəndi aradan apardı. Həyatlarına mülki nigahı daxil edərək dini nigahi qadağan etdi. Atatürkün gətirdiyi bu dəyişiklər Türkiyənin müqəddəs qaydalarına çevrilməyə başladı. İllərin qaydalarının və oturmuş ənələrin yerini almağa başladı. Ancaq bu milli qəhrəman və ölkənin xilaskarı olan Atatürk belə millətin dərinliyində yatan İslamı ruhunu məhv edə bilmədi. Ona görə də İslam uyğun zamanı gözləməyə başladı. Atatürk 1938-ci ildə öləndə artıq din adamları dini ehtiyatla bir şəkildə canlandırmağıın zamanı gəldiyini düşündülər.

 

Dinin ictimai həyatdan uzaqlaşdırılması Adnan Menderesin rəhbər seçilməsinə - 1950-ci ilə qədər davam etdi. O daha az azadlıq, daha çox inanc tələb edən kəndlilərə seçim vədləri verməkdə çətinlik çəkdi. İslamın səsi daha çox təzyiqli hala gəlmişdi. Menderesin dövründə Atatürkdən bəri ilk dəfə məscidlər dövlətin pulu ilə inşa olunmağa başladı. İnsanlar illər sonra Kəbəyə getməyə izn verildi. Ankara radiosunda dini proqramlar yayımlanmağa başladı. Hətta İstanbulda bir ilahiyyat fakültəsi də açıldı. Uzaq kəndlərdə qadınlar müasir geyimləri geyinmirdilər. Atatürkün qoyulmasını tələb etdiyi panamaları heç kəs qoymur. Başlarına kasket qoyur, beləliklə asanlıqla səcdəyə gedərək ibadət edir, alınların yerə qoya bilirdilər. Yaşlı qadınlar ciddi şəkildə hicaba riayət edirlər. Atatürkün dövründə azanı türkcə verməyə məcbur idilər. İndi isə ərəbcə-peyğəmbərin dilində oxunurdu. Menderes bütün bunlara görə ağır hesablar ödədi. Ordu 1960-cı ildə çevriliş etdi və korrupsiyada ittiham edərək onu asdı. Bu ilin oktyabr ayında yenə Türkiyədə seçkilər olacaq. Şübhəsiz İslam yenidən Türkiyədə canlanır. Bəzi məscidlərin camaatı İngiltərədəki din admlarını qısqandıracaq qədər çoxdu. Atatürkün əmr və qadağaları ilə yıxmaq istədiyi bəlli ki, alınmayıb. Bu da aydındır ki, Atatürkün aqnostizm siyasətində hər gün yeni bir dəlik açılır. Yeni hökumət üzünü qərbə çevirəcəkmi və ya ümumiyyətlə nə edəcək bu bəlli deyil...

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system